ABŞ-ın Əmanətlərin Sığortalanması üzrə Federal Korporasiya 4 bankın fəaliyyətinin bağlanması barədə qərar qəbul edib. Bununla da ölkədə 2009-cu ildə bağlanan bankların sayı 68-ə çatıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Korporasiya açıqlama verib.
Ekspertlərin proqnozuna görə, 2010-cu ilin III rübündə müflisləşmə dalğası pik həddinə çatacaq.
Korporasiyanın məlumatına görə, müflis olmuş bankların cəmi aktivlərinin həcmi 730,9 milyon dollar, depozitlərinin həcmi isə 666,6 milyard dollar təşkil edir. Bağlanmış hər 4 bank - The Bank of Bonifay (Florida), Access Bank (Minnesota), Towne Bank of Arizona (Arizona), 1st Pacific Bank of California (Kaliforniya) Korporasiyanın müvəqqəti idarəçiliyinə verilib.
Qeyd edək ki, ilin əvvəlindən bağlanmış bankların sayı 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Həmin dövrdə Federal Korporasiyanın bağladığı bankların sayı 32 təşkil edib.