Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Manatla verilmiş problemli kreditlər getdikcə artır
Samir Əliyev: “Daşınmaz əmak bazarında ucuzlaşma bu prosesi sürətləndirə bilər”

Son aylar vaxtı keçmiş kreditlərin həcmində müşahidə edilən artım tendensiyası mart ayında səngiyib. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatlarına istinadən verdiyi məlumata görə, mart ayında vaxtı keçmiş kreditlərin həcmi fevral ayı ilə müqayisədə 2,5 milyon manat azalaraq 355,9 milyon manata düşüb.

Halbuki fevral ayında bu göstərici 358,4 milyon manat olub. Azalmağa baxmayaraq cari ilin 3 ayı ərzində problemi kreditlərin həcmində artım 52,4 milyon manat təşkil edib..

2010-cu ilin mart ayında ölkə iqtisadiyyatına yatırılan cəmi kredit qoyuluşlarının 4,2%-ni vaxtı keçmiş kreditlər təşkil edib. Əvvəlki ayda isə bu tipli kreditlərin payı 4,3% olub. Bu, 2005-ci ildən bəri ən yüksək həddir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin fikrincə, problemli kreditlərin azalması xarici valyutaların hesabına baş verib. “Ay ərzində xarici valyuta üzrə problemli kreditlərin həcmi 7,5 milyon manat azaldığı halda milli valyuta üzrə 5 milyon manat artım qeydə alınıb. Araşdırma zamanı məlum olur ki, problemli kreditlər daha çox manatın payına düşür. Çünki milli valyuta ilə verilmiş kreditlərin 4,4%-i, xarici valyuta ilə verilmiş kreditlərin isə 3,8%-i geri qaytarılmayıb.” – deyə ekspert bildirib.

S.Əliyev milli valyuta ilə problemli kreditlərin artımını əsasən vaxtı keçmiş kreditlərdə istehlak kreditlərinin üstünlük təşkil etməsi ilə əlaqələndirib. “Əvvəla, bütün kreditlərin 60%-i manatla verilib. Milli valyuta ilə verilmiş kreditlərin xüsusi çəkisi üstünlük təşkil edir və bu baxımdan manatın üstünlük təşkil etməsi təbiidir. İkincisi, problemli kreditlər əsasən istehlak, xüsusən də avtomobil kreditlərində müşahidə edilir. Bankların həyətinə diqqət yetirdikdə kreditlə satılmış, ancaq kreditin ödənilə bilməməsi ucbatından sahibindən geri alınaraq satışa çıxarılmış avtomobilləri görmək olar. Bu kreditlər bir qayda olaraq milli valyutada verilib, indi onların qaytarılması problemi mövcuddur”.

Ekspert problemli kreditlərin artımını böhranın təsiri və banklarda kredit risklərinin idarə edilməsinin lazımi səviyyədə olmaması ilə bağlayıb: “İstər milli, istərsə də xarici valyuta üzrə son bir ildə uzunmüddətli kreditlərin həcmi 3 dəfəyədək artıb. Ancaq qısamüddətli kreditlərdə bu artım cəmisi 60% təşkil edib. Bu onu göstərir ki, böhrandan əvvəl insanlar kredit götürüblər. Ancaq böhrana görə iş yerlərinin bağlanması və ya biznesin pisləşməsi səbəbindən kreditləri qaytara bilmirlər. Nəticədə kreditlə əldə etdikləri əmlak, o cümlədən avtomobillər əllərindən alınaraq satışa çıxarılır.”

S.Əliyevin fikrincə, daşınmaz əmlak bazarında qiymətlərin düşməsi də kreditlərin qaytarılmasını əngəlləyən amillərdən hesab olunur. “İnsanlar vaxtilə iri həcmdə kredit alıblar və onun müqabilində evlərini girov qoyublar. İndi müxtəlif səbəblərdən kreditləri qaytara bilmirlər. Müqayisə edəndə görürlər ki, qaytarılmalı olan kreditin məbləği girov qoyulmuş evin qiymətindən xeyli çoxdur. Buna görə krediti qaytarmaqdansa evi banklara “hədiyyə” verməyə üstünlük verirlər. Müşahidələrə görə, hazırda Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərin 20%-ə qədər ucuzlaşması ehtimalı mövcuddur. Bu isə vaxtı keçmiş kreditlərin gələcəkdə artımını şərtləndirəcək” – deyə ekspert qeyd edib.

Ekspert problemli kreditlərin həcminin təhlükəli həddə olmadığını bildirsə də onun artım tendensiyasından narahatlığını gizlətmir: “Müştərilər aldıqları kreditlərin 4,2%-ni müxtəlif səbəblərdə hələ də qaytarmayıblar. Təbii ki, bu, təhlükəli hədd deyil. Ancaq son aylar problemli kreditlərin həcminin sürətlə artımı diqqətdən qaçmamalıdır. Son 1 ildə vaxtı keçmiş kreditlərin həcmi 2 dəfə artıb. Bu artımın 17%-i 2010-cu ilin 3 ayında baş verib. Əgər vaxtında artımın qarşısı alınmasa gələcəkdə bank sistemi üçün problemlər yarana bilər.”

Ekspert hesab edir ki, banklar kreditlərin faizlərinə maksimum dərəcədə azaltmalıdır. Əks halda problemli kreditlərin artımı qaçılmazdır.

 
Tarix: 12 May 2010  |  Baxış sayı: 199




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV