Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Azərbaycanda dollar bahalaşır?
Samir Əliyev: “Bunun ehtimalı az olsa da mümkün variantdır”

Dünyada dolların bahalaşması səbəbindən artan təyziq fonunda Mərkəzi Bank dolların “cilovunu” buraxmaq məcburiyyətində qalıb. Bu gün uzun sürən fasilədən sonra ABŞ valyutasının məzənnəsində artım qeydə alınıb. “İqtisadi forum” jurnalının Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda dolları manata nisbətən rəsmi məzənnəsi 0,8037 manata qalxıb. Bu, son 8 ayda ən yüksək göstəricidir.

Mərkəzi Bankın məlumatına görə, mayın 19-da dolların manata nisbətən rəsmi məzənnəsi 0,8037 manat müəyyən edilib. Bu, 8sentyabr2009-cu ildən bəri ən yüksək göstəricidir. Həmin tarixdə 1 dollar indiki səviyyədə - 0,8037 manata bərabər olub. Bu ucuzlaşmadan sonra dolların manata nisbətən dəyərsizləşməsi 2010-cu ildə 0,1% təşkil edib.

Son ayların diqqət mərkəzində olan avronun dünya bazarlarında dollara olan məzənnəsi son 4 ildə ən aşağı həddə düşüb.Hazırda dünya bazarlarında avronun dollara məzənnəsi $1,21 səviyyəsinə enib ki, bu da 2006-cı ilin aprelindən əş aşağı həddidir. Ucuzlaşma Azərbaycanda da özünü göstərib. Mayın 19-u tarixinə avronun rəsmi məzənnəsi 96,7 qəpik müəyyən edilib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin “İqtisadi forum” jurnalına açıqlamasında bildirib ki, dünyada dolların bahalaşmasına baxmayaraq Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi nəticəsində Azərbaycanda onun məzənnəsi sabit qalıb. “Mərkəzi Bank milli valyutanın məzənnəsinin tənzimləmək üçün bazara dövrü olaraq müdaxilələr edir. Bazara çıxartdığı dolların həcmindən asılı olaraq manatın ucuzlaşmasının və ya bahalaşmasının qarşısını artırır. Bütün bunların mənbəyi bankın valyuta ehtiyatıdır. Elə bu səbəbdən 2009-cu ilin sonlarından başlayaraq Mərkəzi Bankın valyuta ehtiyatları azalır. Yeganə olaraq artım martda qeydə alınıb ki, bunun da səbəbi Dövlət Neft Fondunun 400 milyon dollardan çox məbləğdə aktivlərinin əldə edilməsi ilə bağlıdır. Ötən ay Bankın valyuta ehtiyatı 0,2% azalıb. Bütün bu azalmalar dolların məzənnəsinin sabit saxlanması ilə əlaqədardır” – deyə ekspert bildirib.

“Azərbaycanda dollar bahalaşa bilərmi?” sualına cavabında ekspert bunu mümkün variant kimi qiymətləndirib. “Azərbaycan dollardan asılı ölkədir. Mərkəzi Bankın müdaxilə olmasaydı indi biz dünya bazarında dolların rəqslərinin “qurbanına” çevrilərdik. 2009-cu ilin əvvəlində əksər ölkələr, o cümlədən qonşu dövlətlər milli valyutalarını ucuzlaşdıranda Mərkəzi Bank bu addımı atmadı. Əslində bu çox riskli addım idi. Neftin qiyməti uzun müddət 30 dollar civarında qalsaydı Mərkəzi Bankın dolları saxlamağa ehtiyatı qalmazdı və dollar birdən-birə kəskin bahalaşa bilərdi. Bu isə bumeranq effekti verməklə yanaşı, ölkə iqtisadiyyatını arzuolunmaz vəziyyətə salardı. Ancaq bu baş vermədi və Mərkəzi Bankın addımı özünü doğrultdu. Həmin ərəfədə Bank valyuta ehtiyatının 20%-ə qədərini itirdi. İndi ona oxşar vəziyyət yaranıb. Avronun kəskin ucuzlaşması nəticəsində dollara tələbat artır və bu valyuta bahalaşır. Ancaq Azərbaycanda bu müşahidə edilmir. Xüsusən də seçki ili olduğundan Mərkəzi Bankın dolların bahalaşmasında maraqlı olmayacaq. Çünki idxaldan asılı və idxalında ABŞ valyutası üstünlük təşkil edən ölkə üçün dolların bahalaşması qiymətlərin artması və inflyasiyasının yüksəlməsi ilə nəticələnə bilər. Buna görə də Mərkəzi Bank hələki gözləmə mövqeyi tutacaq.  Ancaq dolların daha da bahalaşması fonunda - qeyd edim ki, yayın ortalarına qədər bunun ehtimalı yüksəkdir - mümkün variantlardan biri odur ki, Mərkəzi Bank dolların məzənnə dəhlizini genişləndirsin və onun 5%-ə qədər bahalaşmasına imkan versin. Yəni Azərbaycanda dolların 85 qəpiyə kimi bahalaşması mümkündür.” deyən ekspertin fikrincə, bu addım daha çox dünya bazarındakı vəziyyətdən asılı olacaq.

Tarix: 19 May 2010  |  Baxış sayı: 240




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV