Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0303
  1 RUB 0.1303
  1 GBP 0.1039
  100 JPY 0.2117
07.02.2012 11:52
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Manatın məzənnəsi dollara birbaşa bağlı deyil
Mərkəzi Bank: Milli valyutanın məzənnəsi avro və dollardan ibarət valyuta səbəti vasitəsilə tənzimlənir

Dünyanın maliyyə bazarlarında dollar və avro arasında baş verən nüfuz davası Azərbaycanda da müşahidə edilir. Avronun digər valyutalara, xüsusən də dollara nisbətən ucuzlaşması manata münasibətdə də özünü göstərir. Məsələn, 2010-cu ildə avro milli valyutaya nisbətən 16% ucuzlaşıb. Bunun əsas səbəbi manatın məzənnəsinin müəyyən edilməsində dollar amilinin həlledici olmasıdır.

Son zamanlar dövrü mətbuatda manatla dollar arasında birbaşa bağlılıq ətrafında müxtəlif müzakirələr aparılır. “İqtisadi forum” jurnalı məzənnə siyasətində avronun məzənnəsinin nə dərəcədə nəzərə alınması ilə bağlı Mərkəzi Banka müraciət edib.

Jurnalın “manatın məzənnəsi avro və dollardan təşkil olunmuş valyuta səbəti vasitəsilə, yoxsa yalnız birbaşa dollar əsasında müəyyən edilir?” sualına cavabında Mərkəzi Bankın ekspertləri bildiriblər ki, 11 mart 2008-ci ildən etibarən Azərbaycanda məzənnə siyasətinin tətbiqi mexanizmi dəyişib. Bu dəyişikliyə əsasən manatın ABŞ dollarına nəzərən məzənnəsinin müəyyən olunması siyasətindən valyuta səbətinin dəyəri vasitəsilə müəyyən olunması siyasətinə keçilib.

Bankın məlumatına görə, məzənnə siyasətindəki bu dəyişiklik nəticəsində Mərkəzi Bankın manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən orta dəyişimini xarakterizə edən nominal effektiv məzənnəyə təsir göstərmək imkanları artıb. “Hazırda da manatin kursu avro və dollardan təşkil olunmuş valyuta səbəti vasitəsilə tənzimlənir” – deyə Bankın cavabında qeyd edilir.

Banka görə, hazırda valyuta səbətində dolların payi 90%, avronun payı 10% təşkil edir. Səbətin strukturu kompleks makroiqtisadi və qlobal amillərdən asılı olaraq müəyyən edilir.

Bankın açıqlamasında göstərilir ki, Azərbaycanın valyuta bazarında xarici valyuta qıtlığı yoxdur: “2010-cu ildə daxili valyuta bazarında xarici valyutanın təklifi tələbi üstələdiyindən Mərkəzi Bank valyuta bazarında nəinki satışlar aparmamış, həm də valyuta sterilizasiyası əməliyyatları apararaq özünün valyuta ehtiyatlarını daha da artırıb. 2010-cu ilin ötən dövründə Bankın valyuta bazarında alışları 485,5 milyon dollar olub ki, bunun da 2,2 milyon dolları may ayının payına düşüb”

Tarix: 20 May 2010  |  Baxış sayı: 430




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV