Aprel ayında ölkə üzrə vaxtı keçmiş kreditlərin həcmi 9,3 milyon manat artıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, problemli kreditlərin ümumi kreditlərdə payı 4,2% təşkil edib.
Cari ilin aprelində vaxtı keçmiş kreditlərin həcmi 2,6% artaraq 365,2 milyon manata çatıb. Mart ayında belə kreditlər 355,9 milyon manat təşkil edib.
2009-cu ilin aprel ayı ilə müqayisədə vaxtı ötmüş kreditlər 2 dəfəyədək artıb. 2010-cu ilin 4 ayı ərzində isə onların həcmi 20% artıb. 2009-cu ilin sonuna bu göstərici 303,5 milyon manata bərabər olub.
Mütləq həcm etibarilə artıma baxmayaraq cəmi kreditlərdə payı sabit – 4,2% səviyyəsində qalıb.
Problemli kreditlərin 63,5%-i və ya 231,9 milyon manatı milli, 36,5%-i və ya 133,4 milyon manatı xarici valyutaların payına düşüb.
Problemli kreditlərdə qısamüddətli kreditlərin payı 47,8%, uzunmüddətli kreditlərin payı 52,2% olub. Bu kreditlərin həcmi müvafiq olaraq 174,7 milyon və 190,5 milyon manat təşkil edib.
Xatırladaq ki, "Moody"nin reytinq agentliyinin eksperti Lef Dorf bu günlərdə mətbuata verdiyi açıqlamasında 2010-cu ildə Azərbaycanın bank sektorunda problemli kreditlərin həcminin ən yüksək həddə çatacağını bildirmişdi