2011-ci ilin sonuna dünya əmtəə bazarlarında qızılın bir unsiyasının qiyməti $1500-ə kimi bahalaşa bilər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Bank of America Merrill Lynch bankının departament rəhbəri Fransisko Blanş Londonda keçirilən konfransda çıxışı zamanı bildirib.
Blanşın sözlərinə görə, 2010-cu ildə misin hər tonunun orta qiyməti $7275, gələn il $8000 təşkil edəcək. Ekspert alüminiumun hər tonunun qiymətini bu il $2275 səviyyəsində proqnozlaşdırır.
Blanşa görə, 2010 və 2011-ci ildə dünya iqtisadiyyatının artımı 4,6% təşkil edəcək.