Son günlər dünya əmtəə bazarlarında kakaonun bahalaşması müşahidə edilir. Bahalaşma nəticəsində bu əmtəənin qiyməti son 21 il ərzində ən yüksək həddə çatıb. “İqtisadi forum” jurnalı bu barədə məlumat verir.
Liffe birjasında iyul ayı üzrə tədarük müqavılələri kakaonun hər tonu üçün 2588 funta ($3794) kimi bahalaşıb. ABŞ-ın ICE Futures birjasında isə kakao 0,4% artaraq $3060-a yüksəlib.
Anbarlardakı kakao ehtiyatının həcmi hazırda 22 mart tarixindən ən aşağı həddədir.
Beynəlxalq Kakao Təşkilatının (International Cocoa Organization) görə, sentyabrda başa çatacaq kənd təsərrüfatı mövsümünüdə dünya tələbatı təklifi 69 min ton üstələyəcək. 2010-cu ilin martında kakao qıtlığı 18 min ton qiymətləndirilirdi.
Commerzbankın analitiki Karsten Friş hesab edir ki, ehtiyatların azalması tələbatın artımı ilə bağlıdır.