Ukraynanın Mərkəzi Bankı iyunun 8-dən etibarən uçot dərəcəsini 0,75 faiz bəndi azaldaraq 9,5%-ə endirib. “İqtisadi forum” jurnalının banka istinadən verdiyi məlumata görə, bundan əvvəl uçot dərəcəsi 10,25%-ə bərabər olub.
Mərkəzi Bank uçot dərəcəsini sonuncu dəfə 2009-cu ilin avqustunda endirib. Həmin dövrdə dərəcə 11%-dən 10,25%-ə qədər azaldılmışdı.
Bankın açıqlamasına görə, uçot dərəcəsinin aşağı salınmasına səbəb ölkənin makroiqtisadi göstəricilərinin yaxşılaşmasıdır. İlkin qiymətləndirmələrə görə, Ukraynaın ÜDM-i 201-cu ilin I rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8% artıb. Sənaye istehsalı isə 2009-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 12,6% yüksəlib. May ayında ölkədə deflyasiya qeydə alınıb.
Bir qədər əvvəl Rusiyanın Mərkəzi Bankı analoji addımı atmışdı. Bank iyunun 1-dən uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 7,75%-ə endirib. Bu ölkə tarixində ən aşağı həddir.
Bank sonuncu dəfə aprelin 30-da dərəcələri endirib. 2009-cu ilin əvvəlində Rusiya Mərkəzi Bankı uçot dərəcələrini 14 dəfə aşağı salıb.