Daha bir pul köçürmə sisteminin fəaliyyəti dayandırıldı
Azərbaycanda “MİGOM”-dan sonra “LEADER”-‘ qadağa qoyuldu
Mərkəzi Bankı “MİGOM” pul köçürmə sisteminin ardınca “LEADER” sisteminin fəaliyyətinin Azərbaycanda dayandırılması ilə bağlı qərar qəbul edib. “İqtisadi forum” jurnalı bu barədə Banka istinadən məlumat verir
Bankın açıqlamasına görə, ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pul köçürmə sistemlərinin monitorinqi zamanı Azərbaycanın işğal altında olan ərazilərində “LEADER” sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən edilib.
Məlumata görə, Bank tərəfindən belə halların aradan qaldırılması istiqamətində pul köçürmə sistemlərinə və onların nəzarət orqanlarına xəbərdarlıq edilmiş, işğal altında olan ərazilərdə pul köçürmələrinin həyata keçirilməsinin dayandırılması tələb edilib. Əks təqdirdə “LEADER” sisteminə Azərbaycanda fəaliyyət göstərən bütün banklara həmin pul köçürmə sistemləri ilə əməkdaşlığın qadağan ediləcəyi bildirilib.
“MİGOM” pul köçürmə sistemi tərəfindən qeyd olunan halların təkrarlanmasını və edilən xəbərdarlıqlara baxmayaraq işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətin davam etdirilməsini nəzərə alaraq, Mərkəzi Bank 2010-cu il 11 iyun tarixindən Azərbaycanda fəaliyyət göstərən bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb.
Xatırladaq ki, Mərkəzi Bankın qərarı ilə iyunun 8-dən “MİGOM” pul köçürmə sisteminin fəaliyyəti eyni səbəbdən dayandırılıb.