ABŞ-ın kəşfiyat idarəsi hökumətin və ordunun kəşfiyyat xidmətinə ayrılan vəsaitin miqdarı açıqlanıb. Cari ildə bu rəqəm 75 milyard dollar olub. Əvvəlki illərdə kəşfiyyat idarəsi daha az pul xərcləyib. Belə ki, 2007-ci idə 43,5 milyard, 2008-ci ildə isə 47,5 milyard dollar büdcə pulu xərcləyib.
“İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Dennis Bleyr kəşfiyyatın 4 illik strateji planı haqda danışarkən deyib. Onun sözlərinə görə, ABŞ kəşfiyyatının 200 min nəfərlik şəxsi heyəti var. Rəsmilər Bleyrin açıqladığı xərclərin 16 kəşfiyyat qurumu ilə Pentaqonun hərbi kəşfiyyatının ümumi xərclərini əhatə etdiyini bildiriblər.
“Əl-Qaidə” terror təşkilatına qarşı mübarizənin gücləndiyini söyləyən Dennis Bleyr bildirib ki, Amerika kəşfiyyatının mübarizə istiqamətləri arasında Çinin hərbi gücünü modernləşdirməsi, Rusiyanın gücünü artırmaq səylərinə yönəlik fəaliyyət də var.
Əvvəllər ABŞ rəsmi olaraq 2 dəfə kəşfiyyat büdcəsini açıqlayıb. Hər ikisi də Klintonun hakimiyyəti dövrünə düşüb. İdarə 1997-ci ildə 26,6 milyard, 1998-ci ildə isə 26,7 milyard dollar xərcləyib.
ABŞ-ın 2010-cu il üzrə müdafiə büdcəsinin məlumatına görə, Pentaqon on illər artan bir sıra bahalı layihələri bağlamağı və həmin vəsaitləri digər istiqamətlərə, o cümlədən kəşfiyyatın aparılması üçün müxtəlif tipli avadanlıqların alınmasına və modernləşdirilməsinə yönəlnməyi planlaşdırır.
Ümumilikdə ABŞ-ın müdafiə büdcəsi 2008-ci illə müqayisədə 21 milyard artaraq 534 milyard dollara çatıb.