Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



BORC MƏSƏLƏSİ

Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkoya Rusiyanın “Qazprom” şirkətinə olan borcunu qaytarmaq üçün 200 milyon dollar borc pul verib.

Bir dövlətin digərinə borc verməsi hansı qanunlarla tənzimlənir? Belarusa verilən borcun mənbəyi nədir və borcun verilməsinə hansı şərtlər daxildir? “Media forum” saytı bu suallara cavab tapmaq üçün Maliyyə Nazirliyinə, Milli Məclisin iqtisadi siyasət komitəsinə, prezidentin mətbuat katibinə, eləcə də müstəqil ekspertlərə müraciət edib.

Gün ərzində Maliyyə Nazirliyindən kiminləsə əlaqə saxlamaq mümkün olmayıb.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə sualları dinlədikdən sonra bu barədə məlumatlı olmadığını, eyni zamanda vaxt məhdudiyyəti yaşadığını deyib. Dövlətlətarası borcalma və borcvermənin nəzəriyyəsi barədə suala da “vaxtım yoxdur” cavabını verib.

Prezidentin mətbuat katibi Azər Qasımovla da danışmaq mümkün olmayıb.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev “Media forum”a açıqlamasında bildirib ki, iki dövlət arasında müqavilələrin bağlanması, borcların verilməsi mümkündür: “Sadəcə, bu borcun hansı mənbədən verilməsi, hansı şərtlərlə verilməsi məsələsi açıq olmalıdır”.

İqtisadçı ekspert birliyin bununla bağlı araşdırma apardığını, ancaq bu formada – yəni ölkə daxilində heç bir məlumat verilmədən, ictimai müzakirə aparılmadan, ən əsası parlamentin təsdiqlədiyi müqavilə olmadan xarici dövlətə borc verilməsini gözlənilməz sayıb: “Ola bilər ki, biz səhv edirik, bəlkə belə bir sənəd var. Amma qurumun araşdırmaları bunu təsdiqləmir. Dövlət səviyyəsində borclar hansı mənbədən verilə bilər? Misal üçün, xeyli əvvəl Gürcüstana dəmir yolu xəttinin çəkilməsi ilə bağlı çüzi faizlə verilən 200 milyon dollar krediti xatırlatmaq istəyirəm. Həmin kredit, səhv etmirəmsə, 20-25 illiyinə verilib. O zaman bu pul Dövlət Neft Şirkətindən verildi.

Dövlətin borcu ya dövlət büdcəsindən verilməlidir, ya da dövlətin mülkiyyətində olan şirkətlərin hesabından. Bizim dövlət şirkətlərimizin nizamnamələrində, xüsusən də Dövlət Neft Şirkətlərinin nizamnaməsində belə bir müddəa var ki, bu şirkət dövlətin öhdəlikləri üçün məsuliyyət daşımır. Yəni o deməkdir ki, bu təşkilat təsərrüfat hesablı qurumdur, yalnız öz öhdəliyi üçün məsuliyyət daşıyır. Bu cür borc məsələləri ortalığa çıxanda aydın olur ki, belə şirkətlərin statusuna ciddi şəkildə aydınlıq gətirilməlidir”.

Rövşən Ağayev qeyd edib ki, konkret Belarusa verilən borcun mənbəyinin nə olduğu çox əhəmiyyətlidir: “Belarus prezidentinin açıqlaması ilə tanış olanda, açığı, təəccübləndim. Bu borcun verilməsi bir gündən də az müddətə təmin edilib. Bu göstərir ki, bizim ölkədə heç bir hüquqi prosedur işləmir. Prezidentin buna səlahiyyəti çatırsa, onda ona həmin səlahiyyəti verən qanun, normativ akt göstərilməlidir. Belə bir qanun yoxdur. Varsa, Maliyyə Nazirliyinin vəzifəsidir ki, bu məsələyə aydınlıq gətirsin”.

Ekspert qeyd edib ki, Azərbaycanda “Dövlət borcu haqqında” qanun var: “Bu normativ akt dövlətin yalnız borcalma hüququnu tənzimləyir. Orada borcvermə hüququ yoxdur. “Büdcə sistemi haqqında” qanunda ümumiyyətlə dövlət adından borcvermə məsələsi yoxdur. Mənim yanaşmama görə, əslində dövlət borc verirsə, artıq belə imkanlar yaranıbsa, onda “Dövlət borcu haqqında” qanun dəyişdirilib “Dövlətin borc münasibətləri haqqında” qanuna çevrilməlidir. Həmin qanun da dövlətin həm borcalma və borcvermə hüquqlarını, öhdəliklərini, borcalmanın və borcvermənin öhdəliklərini, prinsiplərini tənzimləməlidir. Bu gün Belarusa verilən 200 milyon dollarlıq borc pis presedent yaradır. Bu, dövlətin idarə olunmasında, maliyyə idarəçiliyində xaotik proseslərə rəvac verən bir presedentdir. Eyni zamanda, burda hakimiyyət bölgüsü baxımından ciddi problem ortaya çıxır. Konstitusiyaya görə, dövlət vəsaitlərinə nəzarəti parlament vasitəsilə həyata keçirilir. Dünya təcrübəsində də dövlətin maliyyəsi ilə bağlı məsələlərdə mütləq parlamentin rolu nəzərə alınır. Hansısa ölkənin prezidenti bir gün ərzində ayrı bir ölkyə müraciət etsin, ondan borc pul istəsin, sonra bu məsələ təmin olunsun, bu, hüquqi dövlətçilik prinsipləri ilə bir araya sığmayan məsələdir”.

Rövşən Ağayevin sözlərinə görə, Belarusun Azərbaycandan aldığı 200 milyon dollar dövlətlərarası borcdursa, mütləq dövlətlərarası müqavilə də olmalıdır: “Daha sonra bu müqaviləyə parlament baxılmalı və onu qəbul etməlidir. O ki qaldı borcun verilmə şərtlərinə, əgər Lukaşenko “Euronews”a çıxmasaydı, biz nəinki onun şərtlərini, o borcun verilib-verilmədiyini də eşitməyəcəkdik, ya da həddindən artıq gec biləcəkdik. Əgər bir gün ərzində borcvermə ilə bağlı razılığa gəlinibsə, deməli, onun şərtləri də qeyri-rəsmidir”.

Beynəlxalq iqtisadi münasibətlər üzrə ekspert Rauf Qarayev hesab edir ki, hər dövlət beynəlxalq hüquqa əsaslanaraq müqavilələr bağlaya bilər: “Bu, dövlətin müstəsna hüququdur. O cümlədən kredit, borc müqavilələri də bağlaya bilər. Konkret fikir yürütmək üçün həmin müqavilələri görmək lazımdır. İndiki halda məlumat azlığı mövcuddur. Eyni zamanda müqavilələr dövlətlərin bankları arasında bağlana bilər. Hər bir dövlətin suverenliyi var və beynəlxalq hüququn qadağan eləmədiyi hərəkətləri edə bilərlər. Borc vermək, borc almaq, dəyişmək, barter əməliyyatı eləmək və sairə. Müqavilənin növünə gəldikdə bu barədə xəbərlərdə nəsə deyilmir. Məlumatlar yalnız işin məzmunu barəsindədir. Forması isə bilinmir. Bu, kredit müqaviləsi, mal mübadiləsi haqqında müqavilə çərçivəsində ola bilər”.

“Dövlətlərarası müqavilə parlamentin müzakirəsinə çıxarılmayıb, Belarusa 200 milyon dollar borcun verilməsi hansı qanunla tənzimlənir” sualına cavab olaraq hüquqşünas deyib: “Bu cür əməliyyatların aparılması üçün konstitusiya prezidentə tam hüquq verir. Mən burada problemli nəsə görmürəm”.

Tarix: 30 Iyun 2010  |  Baxış sayı: 204




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV