May ayında ölkə üzrə vaxtı keçmiş kreditlərin həcmi 18,4 milyon manat artıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bununla da problemli kreditlərin ümumi kreditlərdə payı 4,4%-ə yüksəlib.
2010-cu mayında vaxtı keçmiş kreditlərin həcmi 5% artaraq 383,6 milyon manata çatıb. Aprel ayında belə kreditlər 365,2 milyon manat təşkil edib.
2009-cu ilin may ayı ilə müqayisədə vaxtı ötmüş kreditlər 175 milyon manat artıb. 2010-cu ilin 5 ayı ərzində isə onların həcmi 26,4% artıb. 2009-cu ilin sonuna bu göstərici 303,5 milyon manata bərabər olub.