2010-cu ilin yanvar-may aylarında sənaye məhsullarının ən yüksək artımı Qırğızıstanda qeydə alınıb. Bu ölkə artım 56,8% təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə MDB Dövlətlərarası Statistika Komitəsi açıqlama yayıb.
Son aylar siyasi böhran keçirən Qırğızıstanda bu səviyyədə artımın qeydə alınması qızıl hasilatı ilə məşğul olan sistem əhəmiyyətli “Kumtor” şirkətinin tam gücü ilə işələməsidir. İkinci yüksək artım Tacikistanda (14,5%) qeydə alınıb. Ukraynada 12,6%, Ermənistanda 12,1% və Qazaxıstanda 11,9% artım baş verib.
Cari ilin ilk 5 ayında Rusiya sənaye istehsalını 10,3% artıra bilib. Belorus və Moldovada isə artım uyğun olaraq 7,7% və 6,1% müşahidə edilib. Ən aşağı artım Azərbaycanda (4,3%) olub.