Britaniyanı növbəti 4 ildə sosial sahəyə rekord sayda vəsait – 200 milyard funt məbləğində pul xərcləməsi gözləyir. Bu da dövlət xərclərinin 25%-i qədərdir. Bu barədə “İqtisadi forum” jurnalı The Daily Telegraph qəzetinə istinadən xəbər verir.
Hazırda ölkədə bu və ya digər səbəbdən sosial müavinət alan insanların sayı təxminən 6 milyon nəfərdir. 63,4 milyard funtluq dövlət borcu da daxil olmaqla Qordon Braun kabinetinin “səhvi” dövlət xərclərinin 1/3-i qədər itki ilə nəticələnə bilər.
Qəzet Britaniyanın işsizliyin səviyyəsinin artmasının vurduğu zərər və daim artan dövlət borcu əks olunan 2009-cu il büdcəsinə istinad edir. Qəzetin hesablamalarına görə, Braun kabinetinin səhvi ölkəyə 260 milyard funt sterlinqə başa gələ bilər.