Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



869,1 milyon manatlıq itki
Neft Fondunun büdcədənkənar xərcləri getdikcə artır

2010-cu ilin 1-ci yarısında Neft Fondunun valyuta məzənnələrinin dəyişməsindən yaranmış büdcədənkənar xərcləri  artaraq 869,1 milyon manata çatıb. Təkcə ötən rübdə xərclərin həcmi əvvəlki rüblə müqayisədə 2 dəfədən çox artıb. Halbuki ötən ilin sonunda Fond məzənnə dəyişməsindən 97,6 milyon manat həcmində gəlir əldə edib.

“İqtisadi forum” jurnalının Dövlət Neft Fonduna istinadən verdiyi məlumata görə, ötən rüb valyuta məzənnələrinin dəyişməsi səbəbindən Fondun büdcədənkənar xərcləri  869,1 milyon manat təşkil edib. Bu əvvəlki rüblə müqayisədə 490,1 milyon manat çoxdur. I rübdə xərclər 379 milyon manata bərabər olub. 

Dünya bazarlarında avronun ucuzlaşması öz təsirinin Neft Fondunun vəsaitlərinə də göstərir. Əgər 2009-cu ildə məzənnə dəyişməsindən yaranmış gəlirlər artım tendensiyası nümayiş etdirirdisə 2010-cu ildən başlayaraq artıq azalma müşahidə edilir. Cari ilin əvvəlinə Fondun məzənnə dəyişməsindən gəliri 97,6 milyon manat olduğu halda iyunun sonuna 869,1 milyon manatlı xərclə əvəz olunub.

Fondun açıqlamasına görə, 2010-cu ilin yanvar-iyun ayları ərzində büdcə gəlirləri 6,1 milyard manat, büdcə xərcləri isə 2,6 milyard manat olub.

Fond neft və qaz sazişlərinin həyata 6,09 milyard manat, BTC layihəsi üzrə dividendlərdən 83,2 milyon manat, tranzit gəlirlərdən 4,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,9 milyon manat, akrhesabı ödənişlərdən 0,8 milyon manat  qazanıb.

Ötən 6 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 11,9 milyon manata bərabər olub.

İlin birinci yarısında dövlət büdcəsinə 2,455 milyard manat vəsait transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına 34,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 74,8 milyon manat, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişinə 53 milyon manat vəsait ayrılıb.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 2,8 milyon manat vəsait ayrılıb. 1,5 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilib.

2010-cu ilin ilk 6 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 9,1 milyon manat olub.

2010-cu il iyulun 1-ə Fondun aktivləri ilin əvvəlinə (14,9 milyard ABŞ dolları) nisbətən 21,6 % artaraq 18,12 milyard ABŞ dollarına bərabər olub.

Tarix: 02 Avqust 2010  |  Baxış sayı: 156




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV