Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Kredit qoyuluşları azalıb
Samir Əliyev: “Banklarda vəsait çatışmazlığı var”

Fevral ayından etibarən ölkə iqtisadiyyatına yatırılan kreditlərin həcmində müşahidə edilən artım tendensiyası yay aylarında azalma ilə əvəz olunub. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, iyul ayında kredit qoyuluşunun həcmi 184,5 milyon manat azalaraq 8,66 milyard manata düşüb. Bu müddətdə problemli kreditlərin həcmi 8,6 milyon manat azalsa da, cəmi kreditlərdə payı dəyişməz qalıb. Hesabat ayında vaxtı keçmiş kreditlərin payı 4,6% həddində qalıb.

Cəmi kreditlərinin 61,9%-i manatın, 38,1%-i isə xarici valyutaların payına düşüb. Milli valyutada 5,4 milyard manat, xarici valyutada 3,3 milyard manat həcmində kredit yatırılıb.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “İqtisadi forum” jurnalına açıqlamasında kredit qoyuluşunun azalmasını Beynəlxalq Bankın kredit yatırımını azaltması hesabına baş verdiyini bildirib: “Kredit qoyuluşlarında artım həmişə yeganə dövlət bankı olan Beynəlxalq Bank hesabına baş verirdi. Təkcə bu bankın verdiyi kreditlərin həcmi ölkənin 46 bankının verdiyi kreditlər qədərdir. Ona görə də Beynəlxalq Bankın kredit yatırımındakı istənilən dəyişiklik ölkənin ümumi kredit bazarına təsir edir. İyul ayında bu bankın yatırımları əvvəlki aylardan fərqli olaraq 217,3 milyon manat azalıb. Çünki Beynəlxalq Bank kreditləri əsasən neft sənayesinə yönəldir. Bu dövrdə isə əsas həm neft emalı sənayesinə, həm də nəqliyyat sektoruna kredit qoyuluşu azalıb. Artım kommersiya banklarında qeydə alınınb ki, bu vəsaitlər də əsasən istehlak kreditləri olmaqla ticarət, kənd təsərrüfatı və tikinti sektoruna yönəldilib”. Ekspertə görə, dünya bazarlarında dollar və avronun qeyri-sabit məzənnə nümayiş etdirməsi də kredit qoyuluşunun azalmasına gətirib çıxarıb.  “Dünya bazarlarında dollar və avronun məzənnəsində müşahidə edilən qeyri-sabit rəqslər, növbəti qlobal böhran siqnalları yerli bankları bu valyutalarla ehtiyatlı siyasət nümayiş etdirməyə sövq edir. Elə bunun təsiridir ki, istər əmanət qoyuluşunda, istərsə də kredit verilişində xarici valyutalar mövqeyini itirməkdədir. Məsələn, iyul ayında xarici valyuta ilə kreditlərin həcmi 235,8 milyon manat azalıb. Bu azalma xüsusən uzun müddətə verilən kreditlərdə baş verib” – deyən S.Əliyevin fikrincə, Mərkəzi Bankın milli valyutanın kursunun nəyin bahasına olursa olsun sabit saxlaması siyasəti manata etibarın artmasının və bununla da onun payının yüksəlməsini şərtləndirir.

Ekspert hesab edir ki, kredit qoyuluşlarının azalması şərtləndirən əsas səbəblər qlobal böhran nəticəsində problemli kreditlərin artımı və bankların kifayət qədər vəsaitlərin olmamasıdır: “Təkcə 2010-cu ildə problemli kreditlərin həcmi 30%-dən çox artıb. Son bir ildə isə bu artım 2 dəfədən çoxdur. Banklar çıxış yolunu ya kredit verilişini dayandırmaqda, ya da kredit şərtlərini sərtləşdirməkdə görür. Bu isə müştəri üçün çox əlverişsizdir. Çünki onsuz da Azərbaycan banklarında təklif edilən kreditlərin faiz dərəcələri çox yüksəkdir. Vəsaitə ehtiyacı olan sahibkarlar və ya əhali yüksək faizə baxmayaraq kredit götürməli olur. Sonra isə həmin vəsaitlərin qaytarılması zamanı çatanda problemlər yaranır. Əgər qlobal böhrandan əvvəl müştərilər yüksək faizi ödəyə bilirdilərsə, indi bu mümkünsüzdür”.

S.Əliyev ölkədə kredit böhranın işartılarının yaranması qənaətindədir. “Artıq ilin əvvəlindən gözlənilirdi ki, banklar vəsait çatışmazlığı ilə üzləşəcək. Bankların sərbəst ehtiyatları kəskin azalıb. Təkcə cari ilin 7 ayında bu ehtiyatlar 2 dəfəyədək azalıb. Sərbəst ehtiyatların azalması bankların kredit vermək imkanlarını məhdudlaşdırır. Üstəgəl Mərkəzi Bank fəaliyyətdə olan bankların məcmu kapitalına qoyduğu 10 milyon manatlıq həddə riayət edilmir. Artıq 6 bankın məcmu kapitalı bu həddən azdır. Əgər əvvəllər onların sayı 4 idisə, hazırda 6-ya çıxıb. Göründüyü kimi banklarda kapitallaşma problemi həllini tapa bilməyib.“

Ekspert ilin sonunda keçiriləcək parlament seçkilərinin də kredit qoyuluşunun azalmasına təsir etdiyini istisna etməyib.

Tarix: 07 Sentyabr 2010  |  Baxış sayı: 197




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV