“İqtisadi forum” jurnalının məlumatına görə, Dünya Bankı bu günlərdə iqtisadi tənəzzüldən güclü zərbə almış və aşağı gəlirli 43 ölkədə vəziyyət barədə məruzə dərc edib.
Məlumatda göstərilir ki, hazırda bir sıra zəif inkişaf etmiş ölkələrdə təhsil və səhiyyə sferasının dəstəklənməsi üçün 11,6 milyard dollar tələb olunur. Bununla bağlı Dünya Bankı G20-yə daxil olan dövlətləti 24-25 sentyabrda keçiriləcək sammitdə bu ölkələrə yardım məsələsinə diqqət etməyə çağırıb.
Bankın rəhbəri Robert Zellik qeyd edib ki, böhran şəraitində kasıb ölkələrin bir çoxu çox çətin vəziyyətə düşüb və onların bir qədər əvvəl əldə etdikləri kiçicik uğurlar da heçə gedib. Buna görə belə ölkələr diqqətdən kənarda qalmamalıdırlar.