"İqtisadi forum" jurnalının məlumatına görə, bu günlərdə 2011-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim edilib.
Layihədə 2011-ci ilin dövlət büdcəsinin gəlirlərini 12.061.000 min manat, xərclərini 12.748.000 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 11.613.958,2 min manat, yerli gəlirləri 447.041,8 min manat və mərkəzləşdirilmiş xərcləri 11.440.460,0 min manat, yerli xərcləri 1.307.540,0 min manat) məbləğində təsdiq etmək nəzərdə tutulur.
Dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi 690.000 min, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 210.000 min, əlavə dəyər vergisi 2.121.600 min, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 818.000 min, aksiz vergisi 495.000 min manat həcmində göstərilib.
Xərclərin istiqamətlərinə gəlincə, ümumi dövlət xidmətləri xərcləri 1.140.095.734 min, elm xərcləri 108.720.757 min, müdafiə xərcləri 1.325.061.150 min manat nəzərdə tutulur.
Təhsilə 1.338.163.082 min, səhiyyəyə 545.372.870 min, sosial müdafiə və sosial təminata 1.324.085.745 min manat ayırmaq planlaşdırılır.
Layihəni buradan yüklə |