2010-cu ilin sonuna Ermənistanın dövlət borcunun həcmi ÜDM-in 42-44%-nə çatacaq. “İqtisadi forum” jurnalının ARKA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin maliyyə naziri Tiqran Davtyan mətbuat konfransında bildirib.
Nazirin fikrincə, bu göstərici təhlükəli hesab olunan 50%-lik həddi keçmir. Çünki nazirə görə, Ermənistan qanunvericiliyinə görə, borcun həddini ÜDM-nin 60%-nə qədər artırmaq hüququmuz var
Ermənistan qlobal böhran dövründə antiböhran tədbirləri məqsədilə aktiv şəkildə xarici vəsaitləri cəlb edib. Rusiya 2009-cu ildə $500 milyon həcmində kredit verib. BVF $822,7 milyon köçürmək niyyətini, Dünya Bankı isə 2009-2012-ci illərdə $545 milyon ayıracağını bildirib.
2010-cu ilin 30 iyun tarixinə Ermənistanın ümumi dövlət borcunun həcmi 1259 milyard dram ($3,5 milyard) təşkil edib. Cari ilin birinci yarımilliyində ölkənin daxili dövlət borcu 2,1% azalaraq 146,5 milyard drama ($0,4 milyard) düşüb. Hesabat dövründə xarici dövlət borcu isə 1,1 trilyon drama (($3 milyard) bərabər olub. |