Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7858
  1 EUR 0.9958
  1 RUB 0.13
  1 GBP 0.0937
  100 JPY 0.2052
18.05.2012 01:23
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



“Mərkəzi Bank dolların ucuzlaşmasına imkan verməməlidir”

Samir Əliyev: ”Əks halda ölkədə arzuolunmaz sosial-iqtisadi proseslər baş verə bilər”

“Mərkəzi Bank Azərbaycanda dolların kəskin uculaşmasına imkan verməməlidir. Çünki bu ucuzlaşma arzu olunmaz sosial-iqtisadi nəticələrə gətirib çıxara bilər”. Bu sözləri İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “İqtisadi forum” jurnalına açıqlamasında bildirib.

Ekspertə görə, bütün proseslərlər Mərkəzi Bankın vəziyyəti nəzarətdə saxladığını göstərir, ancaq dolların kəskin ucuzlaşması ölkədə bir sıra sosial-iqtisadi problemlər yarada bilər. “Dünyada dolların kəskin ucuzlaşması fonunda Azərbaycanda bu baş vermir. Dollar Yaponiya iyenasına qarşı 15 illik, Avstraliya dollarına qarşı 27 illik, avroya qarşı isə 8 aylıq minimum həddə düşüb. Azərbaycanda isə bu minimum 22 aya bərabərdir. Görünür, Mərkəzi Bank öz imkanlarından istifadə edərək prosesləri nəzarətdə saxlayır. Ancaq az da olsa ucuzlaşmanı müşahidə edirik. Manatın dollara nisbətən hazırki məzənnəsi 80,18 qəpik təşkil edir ki, bu da 2009-cu ilin yanvarında bəri ən aşağı göstəricidir.” – deyə ekspert bildirib.

Samir Əliyevin fikrincə, 80 qəpik psixoloji həddir və dollar bu həddən aşağı düşsə onun ucuzlaşması 70 qəpiyə qədər davam edə bilər. “Mərkəzi Bankın açıqlamalarına rəğmən ölkədə dollarlaşma səviyyəsi yüksəkdir. Əgər dolların ucuzlaşması psixoloji hədd olan 80 qəpiklik həddi keçsə bu ölkədə kütləvi şəkildə dollardan imtina proseslərinə rəvac verə bilər. Bank əmanətlərinin 60%-ni xarici valyuta təşkil edir. Dolların bu əmanətlərdə çəkisi təxminən 90% təşkil edir. İnsanların kütləvi şəkildə əmanətlərini geri götürməsi və ya onu digər valyutalara, xüsusən də manata çevirməsi prosesi ölkədə dollar artıqlığı yarada bilər. Bu isə öz növbəsində manat qıtlığı yaratmaqla milli valyutanın möhkəmlənməsini şərtləndirər. Onsuz da neft gəlirləri ölkəyə kifayət qədər dollar gətirir, ixrac dollar üzərində qurulub. Ola bilsin Mərkəzi Bank bir müddət vəziyyəti sabit saxlaya bilsin, ancaq uzunmüddətli təzyiq qarşısında geri gəkilməli olacaq”

Ekspertin fikrincə, Mərkəzi Bank manatın dollardan asılılığını azaltmaq üçün bivalyuta səbətinin strukturuna dəyişiklik etməlidir: “Artıq bir neçə ildir ki, manatın kursu dollar və avronun daxil edildiyi bivalyuta səbəti əsasında müəyyənləşdirilir. Hazırda səbətdə dolların payı 90%, avronun payı isə 10%. Buna görə də dünya bazarlarında dolların kursunda baş verən rəqslər manata birbaşa təsir edir. Düzdür, Mərkəzi Bank valyuta ehtiyatı hesabına bu təsiri minimuma endirir. Ancaq bu təyziqin uzunmüddətli olacağı təqdirdə onun qarşısının alınması çətinlik törədə bilər. Xüsusən də neftin ucuzlaşması və ölkənin gələcəkdə neft gəlirlərinin azalması amili bu prosesi sürətləndirə bilər. Bu baxımdan bivalyuta səbətində avronun çəkisinin 10%-dən 30-40%-ə yüksəldilməsi, dolların payının isə uyğun olaraq azaldılması yaxşı olardı. Məsələn, qonşu Rusiyada dollar və avronun çəkisi müvafiq olaraq 55% və 45% təşkil edir. Ona görə də, dünya bazarlarında dolların və ya avronun məzənnəsinin kəskin dəyişməsi rublda təsirinin az göstərir. Digər ölkələrdə eyni vəziyyəti müşahidə edirik.”

S. Əliyev hesab edir ki, Mərkəzi Bank 2011-ci ildə manatın dollara nisbətən ucuzlaşmasını təmin etməlidir. “Bir qədər əvvəl Britaniyanın “Ekonomist” jurnalının hazırladığı Big Mac indeksinə əsasən manatın dollara qarşı real məzənnəsi 86 qəpik olmalıdır. Bu indeks rəsmi hesablama üsulu olmasa da müəyyən qədər reallığı əks etdirir. Reallıq isə ondan ibarətdir ki, manatın dollara nisbətən məzənnəsi hazırki səviyyədən aşağı olmalıdır.”. Ekspertə görə, Mərkəzi Bank tədricən manatın ucuzlaşması siyasətinə başlamalıdır. “Mərkəzi Bank gələn il ərzində 3-5% ucuzlaşmanı həyata keçirməlidir. Fikrimcə, bu ucuzlaşma təxminən 85 qəpik səviyyəsinə qədər düşə bilər”

“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, oktyabrın 13-də ABŞ valyutasının manata nisbətən rəsmi məzənnəsi 80,18 qəpik müəyyən edilib. Bu, 11 yanvar 2009-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 dollar 80,17 qəpiyə bərabər olub.

Ötən ay dollar manata nisbətən 0,2% ucuzlaşıb. Sentyabrda dolların rəsmi məzənnəsi 80,38 qəpikdən 80,26 qəpiyə düşüb. Ümumilikdə 2010-cu ilin ötən 10 ayı ərzində manat dollara nisbətən 0,1% bahalaşıb.

Dolların ucuzlaşması öz təsirinin avroya da göstərib. Oktyabrın 13-də Avropa valyutasının rəsmi məzənnəsi 1 manat 11,97 qəpiyə yüksəlib. Ancaq cari ildə avro manata nisbətən 3,4% ucuzlaşıb.

Tarix: 13 Oktyabr 2010  |  Baxış sayı: 332




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV