“İqtisadi forum” jurnalının ABŞ-ın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2009-cu ilin cari ilin iyul ayında ABŞ Çinə olan borcu 800,5 milyard dollara qədər artıb. Analitiklər qeyd edir ki, əgər cari ilin aprel və iyun ayında Çin borcun həcmini 2 dəfə azaltmağa müvəffəq olsa da, iyulda bu rəqəm yenidən artaraq 776 milyarddan 800,5 milyard dollara qalxıb.
Bununla yanaşı Maliyyə Nazirliyi qeyd edib ki, aprel ayında amerikanın borcu Çin tərəfinin təşəbbüsü ilə ilk dəfə olaraq il ərzində 4,4 milyard dollar azalmışdı. Bu da maraqlı tərəflərdə narahatlıq yaratmışdı.
İyun ayında Çin borcu daha 25 milyard dollar azaltmağa nail oldu. “Bu addımlar dünyada müxtəlif fərziyyələr ortaya atdı. Analitiklər belə fikir yürütdülər ki, Çin bununla da investisiya risklərindən qurtulmaq istəyir”, - deyə yerli KİV yazıb.
Məlumat üçün bildirək ki, hazırda Çin ABŞ-ın xarici borcunun ən böyük donorudur. 2008-ci ilin may ayından Pekin daim Amerika borcunu artırıb. Bununla da 2008-ci ilin iyul ayında cari ilin iyuluna qədər bu rəqəm 250 milyard dollar çoxalıb.