Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7858
  1 EUR 0.9958
  1 RUB 0.13
  1 GBP 0.0937
  100 JPY 0.2052
18.05.2012 01:23
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



294 milyon manatlıq borcun silinməsi ilə bağlı cavabsız sualar var
Rövşən Ağayev: Ev təsərrüfatlarının 80-90 faizi sayğaclaşdırılıbsa, borclar nə üçün silinməlidir, yaxud nəyə görə yığım olmur?»

Xəbər verildiyi kimi, dövlət başçısı İlham Əliyev əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcların silinməsi haqqında fərman imzalayıb. Fərmana görə, əhalinin 2011-ci il 1 fevral tarixinə qədər «Azərsu» ASC-yə olan 294,2 milyon manat məbləğində borcları silinib.  

«Azərsu» ASC-nin kommersiya departamentinin rəisi Xanvər Abbasov bildirib ki, bu borc əhalinin 85 faizini əhatə edir: «İndiyədək əhali qrupunun cəmi 15 faizinin su pulu borcu olmayıb». O, deyib ki, bu fərmandan və borcların silinməsindən sonra əhalinin su pulu ödənişinin artması gözlənilir: «Çünki indiyədək bəziləri bu fərmanı gözləyərək pullarını ödəmirdilər. Ödəniş faizi aşağı düşmüşdü. İndi isə güman edirik ki, əhalinin aktivliyi artacaq və yığım səviyyəsini 100 faizə qaldırmaq planlaşdırılır. «Azərsu»nun əhaliyə keyfiyyətli xidmət göstərməsi, xüsusən yay aylarında əhalinin su ilə təminatı da bundan asılıdır».

Onun açıqlamasından məlum olur ki, qurum indiyədək əhalidən çox az miqdarda yığım aparıb. Belə olan təqdirdə, köhnə rəhbərlik hansı statistikaya əsaslanaraq, yığımların 60-70 faiz olduğunu bildirirdi? Bundan başqa əhalinin ayağına yazılıb silinən 294,2 milyon manatlıq borcun nə dərəcdə real olması sual doğurur. 


Problem nədən yaranıb?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayevin fikrincə, borcların silinməsi sosial baxımdan çox ədalətli görünsə də, kommunal sektorun inkişafı üçün mənfi tendensiyadır: «Vətəndaş yanaşması ilə mütəxəssis yanaşması kəskin şəkildə fərqlənir. Kommunal sektorda borcların bağışlanması araşdırılmadan, problemləri yaradan səbəbləri ciddi şəkildə təyin etmədən, belə halların bir daha yaranmayacağı ilə bağlı hüquqi təminat olmadan bu tip addımın atılmasını popurist hərəkət hesab edirəm».

«Nə üçün bu qədər borc yaranıb» sualına R.Ağayev belə cavab verdi: «Həmin fərmanda borcların yaranmasının səbəblərinin araşdırılması ilə bağlı heç bir məsələ göstərilməyib. Əgər hökumətin belə bir sərəncamı və ya fərmanı olursa, onun mütləq izahedici sənədi olmalıdır. Bundan əlavə, borcların yaranma tarixi göstərilməyib. Əgər bu 8-9 il bundan əvvəlki ilin borcudursa, hökumət səxavət kisəsini açıb, xalqa minnət qoymamalıdır. Çünki Mülki Məcəlləyə görə, borcların iddia müddəti 3 ildən çox deyil. Yəni bundan əvvəlki borclar tələb oluna bilməz. Əgər son 3 ilindirsə, o zaman bunun yaranma səbəblərinə baxmaq lazımdır. «Azərsu»nun keçmiş rəhbərliyi bildirirdi ki, tam sayğaclaşmaya keçib. Əgər ev təsərrüfatlarının 80-90 faizi sayğaclaşdırılıbsa, o zaman bu borclar nə üçün silinməlidir? Və yaxud nəyə görə yığım olmur?»

Hər vətəndaş gündə 400 litr su işlədir?

Rövşən Ağayev deyir ki, «Azərsu» digər təsərrüfat strukturlarından fərqli olaraq, çox böyük kontingent saxlayıb. Bu kontingent qapı-qapı düşüb, evlərdən su yığırlar. «Bu qədər fiziki qüvvə ilə böyük həcmdə borcun yığılması müəmmalıdır. Borcların yenidən yaranmayacağına dair təminatı görə bilmirəm. Çünki onu yaradan səbəblər aydın deyil». Ekspertə görə, 294,2 milyonun real borc olması şübhəlidir.

«Sayğac olmayan mənzillərdə adambaşına normativlər əsasında hesablanır. Həmin normativlər çox şişirdilib. 2007-ci ilə qədər 12 kub\\metr, 2011-ci ilə qədər isə 6 kub\\metr adambaşına normativ götürülürdü ki, bu da çox böyük bir rəqəmdir. 12 kub\\metr 12 min, günə isə 400 litr su deməkdir. Halbuki, ən inkişaf etmiş ölkələrdə gündəlik istehlak 220, hətta bir çox ölkələrdə 170-180 litr hesab olunur. Azərbaycan 3-4 dəfə artıq normativ tətbiq edib. Ona görə də borcun virtual olduğu üzə çıxır» deyə R.Ağayev vurğuladı. 

İşığın 650 min, suyun 490 min abonenti var

İqtisadçı abonentlərin də sayında qeyri-müəyyənliyin olduğunu diqqətə çatdırdı: «Barmek»in bazasında Bakı və Sumqayıt şəhərlərində 650 min abonent var. «Azərsu»da isə bu rəqəm 490 mindir. 30 faizlik fərq yaranır. Bakı və Sumqayıtda su təsərrüfatının olmadığı ev və ya müəssisənin mövcudluğunu təsəvvür etmək mümkün deyil. 2-3 faiz kənarlaşmanın olması normal hesab edilə bilər. 30 faizlik kənarlaşma «Azərsu»da qanunsuz qoşulmaların olduğunu göstərir. Həmin qeyri-rəsmi qoşulmalara verilən suyun isə şişirdilmiş normativlər əsasında rəsmi qoşulanların üzərinə yazırdılar. Bu da borcların şişirdilməsinə gətirib çıxarırdı. Qeyri-rəsmi qoşulmalardan yığılan pullar isə mənimsənilib» 


Vüsalə RÜSTƏMOVA

Tarix: 12 Aprel 2011  |  Baxış sayı: 201




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV