PARLAMENT MÜZAKIRƏLƏRININ BÜDCƏ QƏRARLARINA TƏSIRININ QIYMƏTLƏNDIRILMƏSI
HÖKUMƏTİN BÜDCƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSI
Bələdiyyələrin maliyyə imkanlarının artırılması: Fiziki şəxslərdən əmlak vergisi üzrə vergi bazasının təkmilləşdirilməsi
Azərbaycan Kənd Bələdiyyələri Assosiasiyasının fəaliyyətinin qiymətləndirilməsinə dair TƏDQİQAT HESABATI
İlin birinci yarısında borcun həcmi 655 milyon dollar artıb
Bəzi ölkələrdə A-95 markalı benzinin qiyməti
MDB ölkələri arasında ən bahalı A-95 markalı benzin Ukrayna satılır. 2011-ci ildə bu ölkədə benzinin qiyməti 27%-dən çox bahalaşıb. A-95 markalı benzinlərin ən ucuz satıldığı ölkə Türkmənistandır. “İqtisadi forum” jurnalının məlumatına görə, Azərbaycan MDB-də bu yanacağın qiyməti ucuz olan ölkələr sırasındadır.
Manatın real dəyəri onun mübadilə məzənnəsindən aşağıdır. Biq Mak İndeksinə əsasən milli valyutamızın məzənnəsi 3,2% “şişirdilib”. İndeksə görə, Azərbaycanda dollar təxminən 81,2 qəpik olmalıdır. “İqtisadi forum” jurnalı bu barədə Britaniyanın “The Economist” jurnalına istinadən xəbər verir.
Sığortalanmayan əmanətlərin həcminin artmaqda davam etməsi onu göstərir ki, insanların əmanətlərin sığortalanması barədə məlumatları çox azdır. Əks halda qorunmayan əmanətlərin həcmi son 6 ayda kəskin artmazdı. “İqtisadi forum” jurnalının məlumatıma görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev mətbuata açıqlamasında bildirib.
Cavid Xəlilov: "Əhalinin mənzilə əlçatanlığını təmin etmək üçün Sosial Mənzil Fondu yaradılmalıdır"
Milli Məclis 2011-ci ilin dövlət büdcəsinə dəyişik edəcək
"İqtisadi forum" jurnalının Maliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 17-də 2011-ci ilin dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutan qаnun lаyihəsi Milli Məclisinin müzакirəsinə təqdim еdilib.
Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …
Neftə əsaslanan inkişaf
Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.