Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi





23.02.2011/ Ədliyyə Nazirliyi Hesablama Palatasının bəzi səlahiyyətlərini mənimsəmək istəyir

Samir Əliyev: “Palata olan yerdə maliyyə yoxlaması aparan ikinci quruma ehtiyac yoxdur”

Fevralın 11-də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Milli Məclisdə Ədliyyə Nazirliyinin 2010-cu il üzrə hesabatı dinlənildi. Ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi hesabat və ümumilikdə mövcud vəziyyət millət vəkilləri tərəfindən ciddi tənqid edildi. Xeyli müddətdir vətəndaş cəmiyyəti institutlarının qabartdığı bir çox problemlər parlament tribunasından səsləndirildi, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi məsələsi qaldırıldı. Özü də bu dəfə hakimiyyətyönlü deputatlar tərəfindən.


22.02.2011/ Mobil rabitə tarifi: ən ucuzu Özbəkistanda, ən bahalısı isə Gürcüstandadır
Azərbaycan ən bahalı danışıq qiyməti olan ölkələrdəndir

MDB ölkələri arasında ən ucuz mobil rabitə qiymətləri Özbəkistan, ən bahalı tarif isə Gürcüstandadır. “İqtisadi forum” jurnalı bu barədə Rusiyanın “Rossiya” kanalına istinadən xəbər verir.


20.02.2011/ Su tarifləri: kəndlə şəhərə fərqli baxış
 Ekspert: “Xidmətin keyfiyyət göstəriciləri mərkəzdən regionlara doğru uzaqlaşdıqca azalır və əsas diqqət bu istiqamətə yönəldilməlidir”

Tarif Şurasının suyun qiymətinin qaldırılması ilə bağlı qərarından sonra ölkə ictimaiyyəti üçün ciddi əhəmiyyət kəsb edən bir sual ortaya çıxıb. Söhbət ondan gedir ki, Tarif Şurası yalnız “Azərsu” Səhmdar Cəmiyyətinin göstərdiyi xidmət sahələrində qiymətləri artırıb. Halbuki, ölkə əhalisinin bir qismi, xüsusən də kənd yerlərində yaşayanların su təminatı ilə “Azərsu” məşğul olmur.



18.02.2011/ Dünyanın ən bahalı otelləri Moskvadadır
Bu otellərdə bir gecəlik orta qiymət $415-dir

Ötən il dünyanın ən bahalı mehmanxana xidməti Moskva şəhərində olub. Rusiya paytaxtının mehmanxanaları artıq 6-cı dəfədir ki, fasiləsiz olaraq bu nominasiyaya layiq görülür. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Britaniyanın Hogg Robinson Group Plc. kampaniyasının illik hesabatında qeyd edilir.



17.02.2011/ Dollar Azərbaycanda 12 illik minimuma endi

2011-ci ildə ABŞ valyutasının rəsmi məzənnəsi 0,4% ucuzlaşıb

Dünya maliyyə bazarlarında ABŞ dollarının ucuzlaşması öz təsirini Azərbaycanda da göstərir. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ölkəmizdə dolların manata nisbətən rəsmi məzənnəsi ucuzlaşması tendensiyası davam edərək 12 ildə ən aşağı həddə düşüb. 



17.02.2011/ Həyatımız tam "keyfiyyətli" deyil
“İnternational Living” jurnalı 2011-cu ilin Həyat keyfiyyəti İndeksini açıqlayıb

Azərbaycan 2011-cu ilin Həyat keyfiyyəti İndeksi üzrə (Quality of Life Index 2011) ötən illə müqayisədə bir qədər yaxşılaşaraq 56 balla 106-cu yeri tutub. Ötən il ölkəmiz 51 balla 139-cu yerdə olub. “İqtisadi forum” jurnalı bu barədə dünyanın nüfuzlu nəşrlərindən sayılan “İnternational Living” jurnalının tərtib etdiyi ölkələrin reytinq cədvəlinə istinadən xəbər verir.



16.02.2011/ 2012-ci il dövlət büdcəsi layihəsinin hazırlığına başlandı

“İqtisadi forum” jurnalının Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti 2012-ci il dövlət büdcəsi layihəsinin, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə sərəncam qəbul edib.



16.02.2011/ "JEK"-lərin fəaliyyəti qanunsuzdur"
«Mənliz haqqı», «əmlak vergisi» adı altında soyğunçuluq həyata keçirilir

Müxtəlif dövlət qurumları kollegiya iclasları keçirərək korrupsiyaya qarşı mübarizəni gücləndirəcəklərini bəyan edirlər. Əgər hökumət, həqiqətən, korrupsiyaya qarşı geniş tədbirlər həyata keçirmək niyyətindədirsə, o zaman yazacağımız faktlara diqqət çəkməlidirlər. Bu gün Mənzil İstismar İdarəsinin yığdığı «mənzil haqları», bələdiyyələrin topladığı əmlak vergisi hara getdiyi bəlli deyil. Əhalidən toplanan milyonların hesabatı verilmir. 


15.02.2011/ 2011-ci ilin 3,4 milyard manatlıq investisiya büdcəsi
Rövşən Ağayev: “Hökumət gizli subsidiyalaşmadan açıq subsidiyalaşmaya keçib”

2011-ci ilin investisiya proqramına nəzər saldıqda aydın olur ki, kifayət qədər böyük miqdarda vəsaitlər ayrılıb. Nazirlər Kabinetinin 26 yanvar tarixli 21 saylı sərəncamı ilə təsdiqlənən investisiya proqramı ümumilikdə 418 layihəni nəzərdə tutur. İnvestisiya büdcəsi isə 3 milyard 380 milyon manat təşkil edir. Proqramda ən böyük xərc istiqamətlərini nəqliyyat layihələri təşkil edir. Bu istiqamətə ötən ilkindən 305 milyon manat az vəsait ayrılıb. Proqramda diqqət çəkən maraqlı məqam odur ki, bu il Əzizbəyov-hava limanı yoluna vəsait ayrılmayıb. Məlumat üçün bildirək ki, həmin layihəyə dövlət büdcəsindən 6 ildə 360 milyon manat vəsait xərclənib.



03.02.2011/ Daha bir neçə bankın bağlanması gözləniləndir
Samir Əliyev: “Arxası zəif olan banklar bağlanacaq”

“Müşahidələr əsasında bu bankların bağlanmasını proqnozlaşdırmaq mümkün idi. Çünki bağlanan banklar Əmanətlərin Sığortalanması Fondunun üzvü deyil. Güman etmək olar ki, Fondun üzvü olmayan daha bir bankın lisenziyası geri alınacaq”. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə “İqtisadi forum” jurnalına bankların bağlanmasına münasibət bildirərkən açıqlayıb.


02.02.2011/ “DÖVLƏTİN İNHİSARINDA OLAN ŞİRKƏTLƏR İSTİSNASIZ OLARAQ İKİ YOLDAN BİRİNİ SEÇİRLƏR - TARİFLƏRI ARTIRMAQ”

Son tarif artımı ilə bağlı rəsmi açıqlamalar əsaslandırılmış və peşəkar yanaşmalara söykənmir. Nümunə kimi bircə detala diqqət yetirək. Tarif Şurasının məlumatında qeyd edilir ki, hazırda “Azərsu” ASC-nin xərclərinin 30,4 fizini əmək haqqı məsrəfləri təşkil edir. Sözsüz ki, şura vizual məlumatlar əsasında araşdırma aparıb bu nəticəyə gəlib. Amma bu, ölkə əhalisinin mənafeyi ilə əlaqəli məsul qərarların qəbulu üçün ciddi əsaslandırma ola bilməz. Yəni su şəbəkəsində xərclərin üçdə birinin əmək haqqına yönəlməsi, həmçinin həmin qurumda çalışanların əmək haqlarının orta ölkə göstəricisindən aşağı olması o demək deyil ki, vəziyyətdən çıxış yolu mütləq tariflərin kəskin artırılmasıdır.



26.01.2011/ Azərbaycanın qeyri-azad iqtisadi azadlığı
Heritage Foundation 2011-ci il üzrə İqtisadi Azadlıq İndeksini açıqlayıb

Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə 179 ölkə arasında 92-ci yeri tutub və əsasən qeyri-azad ölkələr kateqoriyasına daxil edilib. “İqtisadi forum” jurnalının məlumatına görə, Heritage Foundation 2011-ci il üzrə İqtisadi Azadlıq İndeksini (Index of Economic Freedom) açıqlayıb.


08.01.2011/ Təhsil: texniki dəyişikliklər islahatmı?

Bu sahədə informasiyaların əlçatanlığı da məhdudlaşıb

Ali məktəbə hazırlaşan bir şagirdin məktəbdənkənar hazırlığı üçün ailələrin illik xərci dövlət büdcəsindən bir şagirdə çəkilən illik xərcdən təxminən 3 dəfə çoxdur. Bu rəqəm İqtisadi Təşəbbüslərə Yardım Birliyinin "Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqat"ında yer alır. Tədqiqatçılar yazır ki, hökumət orta təhsil sistemində heç bir institusional dəyişiklik addımı atmadığı halda, bir sıra texniki dəyişiklikləri "islahat" adı ilə cəmiyyətə təqdim etməyə müvəffəq olub:


07.01.2011/ Mərkəzi Bankın valyuta ehtiyatı tarixində ən yüksək həddə çatıb

2010-cu ildə Mərkəzi Bank valyuta ehtiyatını tarixində ilk dəfə olaraq 6,4 milyard dollara çatdırıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, il ərzində Bankın valyuta ehtiyatı 24% artıb.



06.01.2011/ Manat ötən il bahalaşıb
Ötən il dünya bazarlarında sərbəst dönərli valyutaların məzənnələrində qeydə alınan qeyri-sabitlik, xüsusən də dollar-avro qarşıdurması Azərbaycandan da yan ötməyib. İl ərzində manatın məzənnəsi bir sıra valyutalara nisbətən kəskin dəyişib. Ancaq buna baxmayaraq dollara münasibətdə sabitlik müşahidə olunub. “İqtisadi forum” jurnalının ekspertləri Mərkəzi Bankın məlumatları əsasında hesablama aparıb.


<<  <  1 2 3 4 5  >  >>


© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV