BINA bələdiyyələrin birləşdirilməsində mövcud olmuş problemləri tədqiq edib
“Biz daim vurğulayırdıq ki, bələdiyyələr birləşdikdən sonra onların səlahiyyətlərinin artırılmalı və maliyyə imkanları genişləndirilməlidir. Əks halda bələdiyyələrin problemləri daha da dərinləşəcək. Ancaq təəssüf ki, islahatların davamı baş vermədi. İndi bələdiyyələrin problemləri birə-beş artıb. Çünki 3-4 bələdiyyənin birləşməsi eyni zamanda həmin bələdiyyələrdə mövcud olmuş problemlərin birləşməsi deməkdir”. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə bələdiyyələrin birləşməsinə həsr olunmuş dəyirmi masada İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev çıxışı zamanı bildirib.