Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7858
  1 EUR 0.9958
  1 RUB 0.13
  1 GBP 0.0937
  100 JPY 0.2052
18.05.2012 01:23
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi





08.04.2009/ Yeni hərrac və müsabiqə qaydalarında xeyli boşluqlar var
"İqtisadi forum" jurnalının verdiyi məlumata görə, bu gün Azərbaycan Media Mərkəzində İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə «Bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satılması və ya icarəyə verilməsi: gözləntilər və mümkün problemlər» mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, bələdiyyə üzvləri, müstəqil ekspertlər və QHT təmsilçiləri iştirak edirdi. Birliyin sədr müavini Rövşən Ağayev giriş sözündə tədbirin məqsədi barədə məlumat verib.


08.04.2009/ Hərrac Komissiyalarının tərkibi ilə bağlı bələdiyyələrdə narahatçılıq var
İTYİB torpaq satışının yeni qaydalara bələdiyyələrin münasibətini öyrənib

"İqtisadi forum" jurnalının verdiyi məlumata görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Azərbaycanın müxtəlif bölgələrindən olan 30 bələdiyyə təmsilçisi arasında sorğu aparıb. Sorğunun aparılmasında məqsəd bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satılması və icarəyə verilməsi qaydaları barədə bələdiyyə üzvlərinin məlumatlılığını, yeni qaydadan bələdiyyələrin gözləntilərini və bu qaydaların təkmilləşdirilməsi ilə bağlı təklliflərini öyrənmək olub.


07.04.2009/ Soros: Dünya iqtisadiyyatının bərpası 2010-cu ildən başlaya bilər

“Dünya iqtisadiyyatının bərpası müddəti hazırki böhranın dərinliyindən asılı olacaq. Ancaq onun artıq 2010-cu ildən başlayacağı istisana deyil”. "İqtisadi forum" jurnalının verdiyi məlumata görə, bu barədə Reuters telekanalına açıqlamasında məhşur maliyyəçi Corc Soros bildirib. Onun fikrincə, nəhayət ki, siyasətçilər böhranın mahiyyətini və maliyyə sistemində hansı struktur səhvlərinin düzəldilməsinə ehtiyac olduğunu anlamağa başlayıblar. “Böhrana qədərki sistem tamamilə məhv edilib və artıq geriyə yol olmayacaq”, - deyə Soros vurğulayıb.



01.04.2009/ Sənayedə eniş
Neft və kimya məhsullarında kəskin azalmalar var
Cari ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrünə nisbətən ÜDM artımında faiz artım qeyd alınsa da, sənayenin müxtəlif sahələrində ciddi azalmalar müşahidə olunub. "İqtisadi forum" jurnalının verdiyi məlumata görə, bunu Dövlət Statistika Komitəsinin 2009-cu ilin ilk 2 ayının sosial iqtisadi nəticələrinə dair məlumatları da təsdiqləyir.


27.03.2009/ Qrinspen: Banklar həddindən böyük olmamalıdır
“İqtisadi forum” jurnalının “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə,ABŞ-in Federal Ehtiyatlar Sisteminin sabiq rəhbəri Alan Qrinspen bankların ölçülərini kiçiltmək məqsədilə bank kapitalına qoyulan tələblərin tədricən azaldılmasını təklif edib.


27.03.2009/ Rusiyanın yüzlərlə bankı müflis ola bilər
Ümidsiz kreditlərin həcminin artması və hətta onların payının ümumi kredit portfelində 20%-ə çatması ehtimalı ilin sonuna Rusiyanın yüzlərlə bankının müflisləşməsi ilə nəticələnə bilər. Bu barədə «Financial Times» qəzetinə «Alfa Bank»-ın prezidenti Petr Aven bildirib.


26.03.2009/ Dünya ticarəti 9% azalacaq
Dünya Ticarət Təşkilatı 2009-cu il üzrə proqnozunu açıqladı
Bu il dünya üzrə ticarət dövriyyəsinin məcmu həcmi 9% azalacaq ki, bu da II Dünya Müharibəsindən sonra ən iri azalma tempidir. Bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hazırladığı yeni proqnozlarında deyilir.


26.03.2009/ Torpaq hərracı barədə elanlar “Torpaq” qəzetində veriləcək
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi elan və bildirişlərin ən tirajlı media vasitələrində yayılmasına pul xərcləmək istəmir
Hərrac yolu ilə alqı-satqı olunan və ya icarəyə çıxarılan torpaq sahələri barədə elan əvvəlcədən “Torpaq” qəzetində dərc olunacaq. Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş bu qəzetin yayımını isə “Qasid” mətbuat yayımı firması təşkil edəcək.


25.03.2009/ Dollar ucuzlaşmağa başlayıb
Dolların mərkəzi bank tərəfindən müəyyənləşdirilən məzənnəsi son iki ay ərzində ən aşağı - 0,8026 manat həddinə düşüb
ABŞ dollarının həm qlobal valyuta kimi dünya iqtisadiyyatındakı rolu, həm də onun dəyərinin tədricən düşəcəyi proqnozlaşdırılır. “APA-Economics”in məlumatına görə, birinci hal dünya maliyyə böhranı artıq səngiməyə başlayarkən, ikinci hal isə ABŞ-da cari hesabın mənfi saldosunun 6-illik minimum səviyyəyə enməsi fonunda baş verməsi mümkündür.


15.03.2009/ Benzinin qiyməti aşağı salına bilər
Əli Əlirzayev: “Belə olsa, əhali digər zəruri tələbatlarını ödəmək üçün əlavə imkanlar qazanar”. Hökumətin 2008-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı parlamentdə qəbul olunub.


15.03.2009/ Vergilər Nazirliyi bəzi yoxlamaları dayandırır
Vergilər naziri Fazil Məmmədovun əmri ilə 2009-cu il dekabrın 31-nə qədər istehsalla məşğul olan müəssisələrdə vergi yoxlamaları müvəqqəti dayandırılır.


15.03.2009/ Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi sabahdan bərpa ediləcək
Sabahdan etibarən Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə Gürcüstan ərazisində tikinti işlərinə yenidən başlanacaq.


15.03.2009/ Azərbaycanda ilk dəfə torpaq hərracı keçiriləcək
Aprelin 3-də Azərbaycanda ilk dəfə bələdiyyə mülkiyyətində olan torpaqların satışı üzrə hərrac keçiriləcək.


<<  <  61 62 63  >  >>


© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV