Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?




26.05.2009/ Bələdiyyələrin səlahiyyətlərinin artırılması

İqtisadi Təşəbbüslərə Yardım Birliyi bununla bağlı təkliflər hazırlayıb

"İqtisadi forum" jurnalının məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım Birliyi mayın 26-da Azərbaycan Media Mərkəzində bələdiyyələrin səlahiyyətlərinə həsr olunmuş mətbuat konfransı keçirib. Konfransda Birliyin hazırladığı və hökumətə təqdim edəcəyi "Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin müəyyən olunması mexanizmlərinini təkmilləşdirilməsi" adlı sənədin təqdimatı olub.



22.05.2009/ Kiçik bələdiyyələrin birləşdirilməsi barədə qanun layihəsi parlamentə təqdim olunub
Kiçik bələdiyyələrin birləşdirilməsi barədə qanun layihəsi parlamentə təqdim olunub

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı Prezident Administrasiyasında Milli Məclisə iki qanun layihəsi daxil olub. Bunlarda biri “Bəzi bələdiyyələrin birləşməsi haqqında”, digəri isə ““Bələdiyyə əraziləri və torpaqları haqqında” qanuna əlavə və dəyişikliklər haqqında” qanun layihəsidir.
Bu barədə Lent.az-a İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev məlumat verib.


22.05.2009/ B?l?diyy?l?r birl??diril?rs? n? ba? ver? bil?r

Röv??n A?ayev: «Seçki M?c?ll?sin? d?yi?iklik edil?r?k kiçik k?ndl?rin iri b?l?diyy?l?rd? t?msilçilik imkan?n?n olmas? üçün qanunvericilik bazas? yarad?lmal?d?r»

Bu il keçiril?c?k b?l?diyy? seçkil?rin?d?k ölk?d? f?aliyy?t göst?r?n b?l?diyy?l?rin say?n?n 2757-d?n 1755-? q?d?r azald?lmas? n?z?rd? tutulub. Art?q dövl?t ba?ç?s?n?n imzas? il? “Az?rbaycan Respublikas?nda b?l?diyy?l?rin birl??m?si üzr? qanun” Milli M?clisd? müzakir?y? ç?xar?laraq q?bul olunub.


22.05.2009/ Uçot dərəcələri yenə azaldıldı

Mərkəzi Bank son bir ildə 6-cı dəfə bu addımı atır

“İqtisadi forum” jurnalının verdiyi məlumata görə, Mərkəzi Bank mayın 25-dən etibarən uçot dərəcəsini 2%-ə endirib. Məlumat üçün bildirək ki, bu vaxta qədər uçot dərəcəsi 3% həddində olub. Mərkəzi Bank bu addımını ölkədə deflyasiya proseslərinin getdiyi dövrdə iqtisadi aktivliyin qorunmasına və maliyyə sektorunun sabitliyinə dəstək vermək məqsədilə izah edir. Bankın İdarə Heyətinin qərarı ilə həmçinin faiz dəhlizinin yuxarı həddi 8%-dən 7%-ə endirilib.



22.05.2009/ Hökumətin büdcə gizlinləri
Dövlət büdcəsi ətrafında baş verənlər haqda maraqlı faktlar aşkarlanıb

«2008-ci ilin dövlət büdcəsinin icrası haqqında» qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirəsi başa çatıb. Layihə ilə bağlı diskussiyalar zamanı bir sıra maraqlı məqamlar ortaya çıxıb. Belə ki, Hesablama Palatasının sədri Heydər Əsədov 9 iri vergi ödəyicisinin əvvəlki illərdə olduğu kimi keçən il də öhdəliklərini yerinə yetirə bilmədiyini, nəticədə büdcəyə borcların artdığını deyib.


20.05.2009/ "Birləşmədən sonra bələdiyyələrin sayı 1500-ə düşəcək"

TAHİR RZAYEV: "Bələdiyyələrin birləşməsi Bakı bələdiyyələrindən də yan keçməyəcək"

Artıq Azərbaycandakı bələdiyyələrin birləşməsi prosesi başlayıb. Bu barədə "525"in müxbirilə söhbətində Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev məlumat verib. Onun qeyd etdiyinə görə, bələdiyyələrin birləşməsi "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi və ayrılması haqqında" qanuna müvafiq olaraq aparılır. Bir qədər əvvəl parlament bu qanuna əlavə və dəyişikliklər edərək bələdiyyələrin birləşməsi prosedurunu sadələşdirib. Qanuna əsasən, bələdiyyə ərazisində yaşayan seçicilərin 25 faizinin iştirak etdiyi və iştirak edənlərin 50 faizinin müsbət rəyi olarsa, yerli özünüidarəetmə orqanlarının birləşməsinə icazə verilir.


20.05.2009/ Monitorinqin nəticələri açıqlandı

Azər Mehtiyevin fikrincə, ana və uşaq ölümünün səbəbləri çoxdur

İqtisadi Təşəbbüslərə Yardım Birliyi ötən il “Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış” Koalisiyasının təşkilati dəstəyi ilə “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı”nın icrası vəziyyətinin monitorinqi aparıb. Bu barədə “İqtisadi forum” jurnalına İTYB-in sədri Azər Mehtiyev məlumat verib. Layihənin məqsədi barədə danışan A.Mehtiyev bildirib ki, Tədbirlər Proqramının icrası vəziyyətinin monitorinqi əsasında ölkədə ana və uşaq sağlamlığının qorunması sahəsində atılan addımlar təhlil edilmiş, habelə Proqramın təkmilləşdirilməsi və ölkədə ana və uşaqların sağlamlığının qorunmasının gücləndirilməsi istiqamətində təklif və tövsiyələr hazırlanmışdır.



07.05.2009/ “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansı yaradıldı
"İqtisadi forum" jurnalının məlumatına görə,  bələdiyyə sahəsində çalışan bir qrup yerli özünüidarənin inkişafı istiqamətində birgə səylərini davam etdirmək məqsədilə “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansını təsis ediblər.


02.05.2009/ Britaniya kraliças? II Yelizaveta da yard?m?n ümidin? qal?b

“?qtisadi forum” jurnal?n?n BBC radiosuna istinad?n verdiyi m?lumata gör?, öt?n il Britaniya kraliças? II Yelizaveta Avropa Birliyinin aqrar büdc?sind?n 530 min avro m?bl??ind? maddi yard?m al?b. Yard?m?n m?qs?di kraliçaya m?xsus ferma v? me??  t?s?rrüfat?n? d?st?kl?m?kdir. Kraliçan?n böyük o?lu Uels ?ahzad?si Çarlz da h?mçinin yard?m alanlar s?ras?ndad?r. ?ahzad?y? anas?ndan 3 d?f? az - 180 min avro m?bl??ind? yard?m verilib. Britaniyan?n iri mülk?dar? olan Vestminster hersoquna is? 540 min avro öd?nilib. 



02.05.2009/ Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti təhlil olunub
"Bələdiyyələrin İnkişafına Dəstək" QHT Alyansı bununla bağlı Rəy hazırlayıb

"İqtisadi forum" jurnalının məlumatına görə, "Bələdiyyələrin İnkişafına Dəstək" QHT Alyansı Azərbaycanda yerli özünüidarənin vəziyyəti ilə bağlı vətəndaş cəmiyyətinin ortaq mövqeyini əks etdirən vahid sənəd işləyib. Bu rəyin hazırlanmasında əsas məqsəd Azərbaycanın yerli özünüidarə sisteminin mövcud vəziyyətinin ümumi təsvirini vermək, dövlət hakimiyyət orqanlarının və ictimaiyyətin diqqətini yerli özünüidarə problemlərinə cəlb etmək və onların həlli ilə bağlı müxtəlif təşkilatların ortaq mövqeyini ifadə edən tövsiyələr verməkdir.


24.04.2009/ Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramı
"İqtisadi forum" jurnalının məlumatına görə, aprelin 14-də Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Nazirlər Kabinetinə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək, İqtisadi İnkişaf və Maliyyə Nazirlikləri ilə birlikdə Dövlət Proqramında illər üzrə nəzərdə tutulan tədbirlərin hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını təmin etmək tapşırılıb.


24.04.2009/ Yerli özünüidarənin mövcud vəziyyəti və inkişaf istiqamətləri

QHT Alyansı bu mövzuda konfrans keçirib

"İqtisadi forum" jurnalının məlumatına görə, aprelin 24-də “Bələdiyyələrin inkişafına dəstək” QHT Alyansı “Yerli özünüidarənin mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda konfrans keçirib. Konfransda müvafiq dövlət orqanlarının, bələdiyyələrin milli assosiasiyalarının, beynəlxalq təşkilatların, bələdiyyələrin, yerli QHT-lərin təmsilçiləri və müstəqil ekspertlər iştirak ediblər.



13.04.2009/ Dövl?t b?l?diyy?l?r? kompensasiya verm?lidir

“B?l?diyy? torpaqlar?n?n h?rraclar vasit?sil? sat??? v? ya icar?y? verilm?si qaydalar?n?n q?bulunu l?ngitm?si n?tic?sind? b?l?diyy?l?r? d?ymi? ziyan? öd?m?k üçün dövl?t onlara kompensasiya öd?m?lidir” – bu bar?d? “?qtisadi forum” jurnal?na aç?qlamas?nda ?qtisadi T???bbüsl?r? Yard?m ?ctimai Birliyinin eksperti Samir ?liyev bildirib.



11.04.2009/ 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı
Hökümət bir neçə aydır ki, «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması davamlı inkişaf Dövlət Proqramı»nın icrasına başlayıb. Dövlət proqramı Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli, 3043 nömrəli Sərəncamı ilə təsdiq edilib. "İqtisadi forum" jurnalı  dövlət  proqramının iqtisadçılar, müstəqil ekspertlər, QHT və KİV təmsilçiləri üçün maraqlı olacağını nəzərə alıb sənədi tam şəkildə saytda yerləşdirib.


08.04.2009/ Yeni hərrac və müsabiqə qaydalarında xeyli boşluqlar var
"İqtisadi forum" jurnalının verdiyi məlumata görə, bu gün Azərbaycan Media Mərkəzində İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə «Bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satılması və ya icarəyə verilməsi: gözləntilər və mümkün problemlər» mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, bələdiyyə üzvləri, müstəqil ekspertlər və QHT təmsilçiləri iştirak edirdi. Birliyin sədr müavini Rövşən Ağayev giriş sözündə tədbirin məqsədi barədə məlumat verib.


<<  <  66 67 68  >  >>


© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV