Mənzil-kommunal sektorunda MİS dövrünün başa çatmasına nə mane olur?
“Havalar bir balaca soyuyan kimi canımıza üşütmə düşür. Hər il payız girəndən yaza kimi binamızın işığı, qazı tez-tez kəsilir. Düz yaya kimi idarələri qapı-qapı gəzirik ki, görək işığa, qaza ehtiyacın çox olduğu bir vaxtda niyə camaatı soyuqdan dondururlar? Qazı-işığı niyə normal vermirlər ki, bu camaat dolana bilsin? Hamısı da deyir ki, biz işığı-qazı normal veririk, problem binanızdadır, gedin “JEK”ə xəbər verin gəlib düzəltsinlər. Bizim işimiz “JEK”ə qaldısa, heç nə! Axı, fəaliyyəti olmayan bir idarədən nə gözləyəsən ki?! Elə ondandırsa, desinlər ki, gedin yıxılıb ölün də, daha niyə bizi qapı-qapı gəzdirirlər?!”