Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Sosial müdafiə

24.06.2014/ Özəl sektorda çalışanların yalnız 10 faizi muzdlu işçi kimi qeydə alınıb

İTYİB “Azərbaycanda əmək müqavilələrinin tətbiqi problemləri və həlli yolları” mövzusunda dəyirmi masa keçirib

“Özəl sektorda çalışanların yalnız 10 faizi muzdlu işçi kimi qeydə alınıb”  Bu fikir Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında bu gün sahibkarlıq qurumlarının rəhbərləri və təmsilçilərinin, habelə müstəqil ekspertlər və QHT təmsilçilərinin iştirakı ilə keçirilən dəyirmi masa müzakirələrində səsləndirilib.



07.10.2013/ Azərbaycanda məşğul insanların yalnız 1/3-nin əmək müqaviləsi var

Oktyabr?n 2-d? AB? B?A-n?n maliyy? d?st?yi il? h?yata keçiril?n “Az?rbaycanda kiçik sahibkarl???n inki?af?na d?st?k” layih?si ç?rçiv?sind? ?qtisadi T???bbüsl?r? Yard?m (?TY) ?ctimai Birliyi t?r?find?n “Az?rbaycanda ?m?k müqavil?l?rinin t?tbiqi probleml?ri v? h?lli yollar?” mövzusunda d?yirmi masa  müzakir?l?ri t??kil edib. Müzakir?d? dövl?t qurumlar?n?n, v? beyn?lxalq t??kilatlar?n t?msilçil?ri, deputatlar, sahibkarlar, müst?qil ekspertl?r v? yerli QHT-l?rin t?msilçil?ri i?tirak edirdi.



01.09.2013/ Əməyimizə verilən minimal haqq
Əməyimizə verilən minimal haqq

Prezidentin sərəncamı ilə ölkədə minimum əmək haqqı sentyabrın 1-dən 105 manat və ya 134 dollar olacaq. Buna qədər əmək haqqının minimal məbləği 93,5 manat təşkil edib. Bu artımı əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından müsbət qiymətləndirməklə yanaşı bir məsələyə diqqət yetirmək istəyirəm.


05.12.2012/ Pensiya sistemində hansı islahatlar aparılmalıdır?
“2001-ci ildən bəri Azərbaycanda pensiya sahəsində iki mərhələdə islahat aparılıb. Bu islahatlar bir-birindən bəzi məqamlarına görə fərqlənib”.

Bunu “Azadinform”a ölkə başçısının pensiya təyinatı sistemində islahatlarla bağlı konsepsiya layihəsinin hazırlanması haqda sərəncamını şərh edərkən iqtisadçı-ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, hökumət islahatların birinci mərhələsində qarşıya qoyulan öhdəliklərə əməl edib.



26.01.2012/ Nəqliyyat Nazirliyinin taksi standartları qanunsuzdur
Rövşən Ağayev: “Çünki sərnişin daşıma qaydalarına dəyişiklik Nazirlər Kabinetinin müstəsna səlahiyyətlərinə aiddir”

Nəqliyyat Nazirliyi taksi standartlarına etirazları nəzərə alıb müəyyən yumşalmaya getdi. Texniki durumu imkan verdiyi halda istismar müddəti 5 ildən çox olan maşınların taksi xidmətləri göstərə biləcəyi bəyan olundu. Amma avtomobilin rəngi yalnız ağ və ya bənövşəyi olmalıdır. Sovet istehsalı olan minik avtomobilləri də taksi xidmətləri üçün yararlı sayılmır.



23.01.2012/ Qazancımızın çox hissəsini ərzağa xərcləyirik
Cavid Xəlilov:  “Əhalinin xərclərində ərzaq xərclərinin payının getdikcə artması narahatçılıq doğurur”

Azərbaycanda əhali istehlak mallarının alınması xərclədiyi vəsaitin ¾-ü hissəsini ərzaq məhsullarına yönəldir. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov “İqtisadi forum” jurnalına açıqlamasında bunu dünyada ən yüksək hədd kimi dəyərləndirib.



06.01.2012/ T?miz su problemi

Öt?n il dövl?t ba?ç?s?n?n s?r?ncam? ?sas?nda ayr?-ayr? rayonlarda modul tipli sut?mizl?yici qur?ular?n qura?d?r?lmas? üçün Prezidentin Ehtiyat Fondundan 1 milyon manatdan çox v?sait ayr?l?b. K?nd m?nt?q?l?rind? sut?mizl?yici qur?ular?n qurulmas? Ekologiya v? T?bii S?rv?tl?r Nazirliyin? tap??r?l?b.



24.09.2011/ Kənd əhalisinin 46 faizdən çoxu quyu suyu içir
Mərkəzləşdirilmiş qaydada içməli su kəmərinə çıxışı olmayanların 46,8 faizi içməli suyu həyətlərdəki quyulardan götürür

“Qışda işıqdan və qazdan korluq çəkirik, yayda da sudan. İyirmi ildir ki, qış aylarında qaz və işıq idarələrinin, yayda su idarəsinin qapısını döyürük. Hər mövsüm deyirlər ki, bu il də dözün, gələn ilədək probleminizi həll edəcəyik. Amma yenə də qışda işıqsız və qazsız, yayda da susuz qalırıq. Bu nə yaşayışdır?! Nə qədər bu vəziyyətə dözmək olar?! Bir il deyil, üç il deyil – düz iyirmi ildir...”


28.06.2011/ Mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı 2,4 dəfə azalıb

Cavid Xəlilov: "Əhalinin mənzilə əlçatanlığını təmin etmək üçün Sosial Mənzil Fondu yaradılmalıdır"

Son on ildə Azərbaycanda bir ildə mənzil şəraitini yaxşılaşdıra bilmiş ailələrin sayı 2,4 dəfə azalıb. Əhalinin mənzilə əlçatanlığını təmin etmək üçün hökumət təcili olaraq Sosial Mənzil Fondu yaratmalıdır. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov bu barədə "İqtisadi forum" jurnalına açıqlamasında bildirib.


02.06.2011/ İçməli su təchizatını necə yaxşılaşdırmalı?
Bu sahədəki köklü problemlərin həlli üçün ayrıca Dövlət Proqramının hazırlanması təklif edilir

Son dövrlər əhalinin içməli su təchizatının vəziyyətinə dair müxtəlif səpgili tədqiqatlar aparan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavinin Rövşən Ağayev bu fikirdədir. Ekspert Lent.az-a açıqlamasında deyib ki, hazırda kənd yerlərində əhalinin neçə faizinin əlçatan və təhlükəsiz su mənbəyinə çıxışı olduğuna dair konkret hesabatlar yoxdur. Ancaq pərakəndə informasiyalardan məlum olur ki, Azərbaycanda kənd əhalisinin ən yaxşı halda 1/3-nin keyfiyyətli və əlçatan içməli su mənbələrinə çıxış imkanlarına malikdir.


31.05.2011/ Azərbaycanda sosial mənzil proqramı qəbul edilməlidir
Cavid Xəlilov: “Mənzillərə əlçatanlığa görə Avropadan 10 dəfə geri qalırıq”
 
Ölkədə əhalinin daha geniş kütləsini yaşayış evləri ilə təmin etmək üçün sosial mənzil proqramı qəbul edilməlidir. Əks halda evsizlik problemi daha geniş vüsət alacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov mətbuata açıqlamasında bildirib.


28.05.2011/ Minimum əmək haqqı 237 manat olmalıdır
Cavid Xəlilov: "Bunu Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyası tələb edir"

Ölkədə minimum əmək haqqı 237 manat olmalıdır. Çünki bunu Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyası tələb edir. Bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov “İqtisadi forum” jurnalına açıqlamasında bildirib.


12.05.2011/ ÖMRÜN 65-i
Milli Məclisə Əmək Məcəlləsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsi təqdim olunub. Prezident İlham Əliyevin imzası ilə göndərilən layihədə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddinin 65 olması nəzərdə tutulur. Müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddətini müvafiq icra hakimiyyəti orqanının rəhbəri hər dəfə bir ildən çox olmayaraq uzada bilər. Lakin bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir. Başqa sözlə, dövlət idarələrində çalışanların yuxarı yaş həddi 70-dən çox ola bilməz.


12.04.2011/ 294 milyon manatlıq borcun silinməsi ilə bağlı cavabsız sualar var
Rövşən Ağayev: Ev təsərrüfatlarının 80-90 faizi sayğaclaşdırılıbsa, borclar nə üçün silinməlidir, yaxud nəyə görə yığım olmur?»

Xəbər verildiyi kimi, dövlət başçısı İlham Əliyev əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcların silinməsi haqqında fərman imzalayıb. Fərmana görə, əhalinin 2011-ci il 1 fevral tarixinə qədər «Azərsu» ASC-yə olan 294,2 milyon manat məbləğində borcları silinib. 



16.02.2011/ "JEK"-lərin fəaliyyəti qanunsuzdur"
«Mənliz haqqı», «əmlak vergisi» adı altında soyğunçuluq həyata keçirilir

Müxtəlif dövlət qurumları kollegiya iclasları keçirərək korrupsiyaya qarşı mübarizəni gücləndirəcəklərini bəyan edirlər. Əgər hökumət, həqiqətən, korrupsiyaya qarşı geniş tədbirlər həyata keçirmək niyyətindədirsə, o zaman yazacağımız faktlara diqqət çəkməlidirlər. Bu gün Mənzil İstismar İdarəsinin yığdığı «mənzil haqları», bələdiyyələrin topladığı əmlak vergisi hara getdiyi bəlli deyil. Əhalidən toplanan milyonların hesabatı verilmir. 


02.02.2011/ “DÖVLƏTİN İNHİSARINDA OLAN ŞİRKƏTLƏR İSTİSNASIZ OLARAQ İKİ YOLDAN BİRİNİ SEÇİRLƏR - TARİFLƏRI ARTIRMAQ”

Son tarif artımı ilə bağlı rəsmi açıqlamalar əsaslandırılmış və peşəkar yanaşmalara söykənmir. Nümunə kimi bircə detala diqqət yetirək. Tarif Şurasının məlumatında qeyd edilir ki, hazırda “Azərsu” ASC-nin xərclərinin 30,4 fizini əmək haqqı məsrəfləri təşkil edir. Sözsüz ki, şura vizual məlumatlar əsasında araşdırma aparıb bu nəticəyə gəlib. Amma bu, ölkə əhalisinin mənafeyi ilə əlaqəli məsul qərarların qəbulu üçün ciddi əsaslandırma ola bilməz. Yəni su şəbəkəsində xərclərin üçdə birinin əmək haqqına yönəlməsi, həmçinin həmin qurumda çalışanların əmək haqlarının orta ölkə göstəricisindən aşağı olması o demək deyil ki, vəziyyətdən çıxış yolu mütləq tariflərin kəskin artırılmasıdır.



06.07.2010/ KİV-ə Dəstək Fondunun rəhbəri 760 manat maaş alır
Nazirlər Kabinetinin 30 iyun 2010-cu il tarixli 127 saylı qərarı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2010-cu il üzrə xərclər smetası, ştat cədvəli, işçilərinin say  həddi və aylıq vəzifə maaşları təsdiq edilib. “İqtisadi forum” jurnalı bu barədə Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat verir.


27.05.2010/ Azərbaycanda orta aylıq əmək haqqı 310 manata çatıb
Rusiyada isə 650 dollardır

Aprel ayında ölkə üzrə orta aylıq əmək haqqının həcmində artım qeydə alınıb. Bu ayda ölkə üzrə orta aylıq əmək haqqının məbləği 5,8 manat artaraq 309,8 manata yüksəlib. Halbuki mart ayında bu göstərici 304 manata bərabər olub.



06.05.2010/ Ana və övladlarımız necə yaşayır?
Analıq İndeksinə görə, Azərbaycan 160 ölkə arasında 96-cı yerdədir

Hər bir ölkənin perspektivi bir çox amillərdən - biznes şəraiti, yaxşı idarəetmə, yüksək texnologiyalar və s. asılıdır. Bəlkə də bu amillər içərisində ən vacibi ana və uşaqların yaşadıqları ölkədə özlərinin nə dərəcədə rahat hiss etmələridir. Amerikanın Save the Children qeyri-hökumət təşkilatının açıqladığı yeni reytinq bu suala cavab tapmağa imkan verir.



07.04.2010/ Nazirlərimizin rəsmi maaşları nə qədərdir?
Jurnalın saytında Eston nazirlərinin maaşlarının 13% azaldılması ilə bağlı məlumat yerləşdirmişdik. Redaksiyamıza zəng vuran oxucularımız Azərbaycanın dövlət qurumlarında çalışan rəhbərlərin (nazirlərin, komitə sədrlərinin) maaşlarının nə qədər olmasını soruşurlar.


19.03.2010/ Bu il adambaşına ÜDM 690 manat olub
Martın 1-i tarixinə ölkənin ümumi daxili məhsulunun həcmi 689,6 manat təşkil edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz və ya 236,7 milyon manat çoxdur. “İqtisadi forum” jurnalının Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 689,6 manata bərabər olub.


19.03.2010/ Fevralda yaşayış minimumu 148,8 manat olub
İTM 4 nəfərlik Novruz süfrəsinin dəyərini hesablayıb

Fevral ayında ölkədə yaşayış minimumu adambaşına 148,8 manat təşkil edib. Əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 140,14 manat, pensiyaçılar üçün 127,16 manat, 0-14 yaşlı uşaqlar üçünsə 178,67 manat təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə İqtisadi Tədqiqatlar Mərkəzi hesablama aparıb.


12.03.2010/ İşləməyə gedənlər gələnlərdən 2,2 dəfə çoxdur
Ölkəni birdəfəlik tərk edənlərin 40%-i ali təhsillidir

Miqrantların 7501 nəfəri ölkəyə gələnlər, 7499 nəfəri isə ölkədən gedənlər olmuş, gələnlərin 66,2 faizini, gedənlərin isə 66,8 faizini kişilər təşkil edib. “İqtisadi forum” jurnalının verdiyi məlumata görə, Dövlət Statistika Komitəsi miqrasiya proseslərinin vəziyyətinin öyrənilməsi məqsədilə 2009-cu ilin iyul, sentyabr və noyabr aylarında 15 min miqrant arasında statistik müayinə aparıb.



09.03.2010/ Ölk?d? orta ayl?q ?m?k pensiyas? 100,4 manatd?r
Haz?rda 1 milyon 308 min 432 n?f?r ?m?k pensiyas? al?r

Bu ilin yanvar?n 1-n? olan m?lumata gör?, Az?rbaycanda ?m?k pensiyas? alan ??xsl?rin say? 2009-cu ilin ?vv?li il? müqayis?d? 33 min 294 n?f?r artaraq (2,6 faiz) 1 milyon 308 min 432 n?f?r? çat?b. “?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, bu bar?d? Dövl?t Sosial Müdafi? Fondu aç?qlama verib.



01.03.2010/ Orta aylıq əmək haqqı azalıb
Yanvar ayında ölkə üzrə orta aylıq əmək haqqının məbləği 1,1 manat azalaraq 296,9 manata düşüb. Ötən il orta aylıq əmək haqqı 298 manata bərabər olub.


24.02.2010/ 2009-cu ili necə başa vurdunuz?
Ötən il oxucularımızın 30%-i üçün uğurlu olub

“İqtisadi forum” jurnalının internet saytında yerləşdirdiyi “2009-cu ili necə başa vurdunuz?” məzmunlu sorğusunda iştirak edənlərin 29%-i ötən ili uğurla başa vurduğunu qeyd edib.



19.02.2010/ Hava nəqliyyatında orta aylıq maaş 700 manatdır
Nəqliyyat sektorunda çalışanların 82%-i dövlətin payına düşür

2009-cu ildə nəqliyyat müəssisələrində çalışan muzdlu işçilərin sayı 68,5 min nəfər təşkil edib ki, bunların da 82,3%-i dövlət müəssisələrində, 17,7%-i isə özəl bölmədə çalışır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi açıqlama verib.



18.02.2010/ Pensiya sistemi: müsbət və mənfi məqamlar
Pensiyaların hesablanması formulu xeyli sadələşdirilməsi və real gəlirlərin həcmindən asılı olması kimi müsbət məqamlar olmasına rəqmən insana əməyinə görə qiymət verilməməsi, sosial pensiyaya çıxmaq problemləri, vətəndaşlıqdan imtina edən şəxslərin pensiyadan məhrum edilməsi kimi mənfi məqamlar da mövcuddur. “İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadi Tədqiqatlar Mərkəzi fevralın 18-də “Azərbaycan Respublikasında mövcud pensiya sistemi və islahatlar” adlı dəyirmi masa təşkil edib.


12.02.2010/ Şəhər təsərrüfatsızlığı
Güclü qarın üzə çıxartdığı problemlər müzakirə olundu

Fevralın 12-də İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə kəskin hava şəraitinin Bakı şəhərinin infrastrukturu və kommunal təsərrüfatında yaratdığı ciddi problemlər ictimai müzakirəyə çıxarılıb. 


09.02.2010/ Yanvarda 1 milyard manatlıq alver etmişik
Yeni ilin ilk ayında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 1 milyard manat olub ki, bu da 2009-cu ilin yanvar ayına nisbətən 8,4% çoxdur. “İqtisadi forum” jurnalı bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.


02.02.2010/ İkinci dünya müharibəsi veteranlarının əmək pensiyası 30 manat artıb
1941-1945-ci illər müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb. Yanvar ayında artımın şamil olunduğu şəxslər pensiyalarını artımla ə alıblar. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondu xəbər verib.


02.02.2010/ Ölkə əhalisinin 31%-i gəncdir
Kişilər 27, qadınlar isə 23 yaşında ailə qurur

2010-cu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31%-ni 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49%-i kişi, 51%-i isə qadındır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi açıqlama verib.



01.02.2010/ Əhalinin pul gəlirləri 12% artıb
Ötən il 2008-ci illə müqayisədə əhalinin nominal pul gəlirləri 2,3 milyard və ya 11,7% artaraq 22,4 milyard manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, gəlirlərin artım tempi 8% olub.


28.01.2010/ Fərdi uçot sisteminə düşənlərin sayı 1,6 milyonu ötüb
Ölkədə 2009-cu ildə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminə düşən sığortaolunanların sayı 10% artaraq 1.641.064 nəfərə catıb. İl ərzində 149.604 nəfər qeydiyyata düşüb.


27.01.2010/ Hər uşağın orta illik təhsil xərci 56 manatdan çoxdur
İqtisadi Tədqiqatlar Mərkəzi 3000 ev təsərrüfatı arasinda keçirdiyi sorğunun nəticələrini açıqladı

“Yoxsulluğun azaldılması üzrə proqramların səmərəliliyinin artırılması üçün ev təsərrüfatlarının büdcəsinin düzgün müayinə edilməsi tələb olunan vacib şərtlərdən biridir. Hazırda istifadə olunan büdcə metodologiyası Azərbaycanda yoxsulluğun səviyyəsi haqqında kifayət qədər dəqiq məlumat vermir”. Bu fikirləri  İTM-nin sədri Qubad İbadoğlu bu gün keçirilmiş konfransda səsləndirib.



21.01.2010/ Öt?n il 1202 ton bal?q ovlan?b
Bal?q kvotas?na 45% ?m?l olunub

2009-cu ild? 65 hüquqi v? fiziki ??xs t?r?find?n ölk? üzr? t?sdiq edilmi? 2670 ton kvotaya qar?? 1202 ton bal?q ovlan?b. “?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, bu bar?d? Dövl?t Statistika Komit?si aç?qlama verib.



19.01.2010/ Ölkədə orta aylıq əmək haqqı azalıb
Adambaşına orta aylıq pul gəlirləri 202 manat olub

2008-ci ilin müvafiq dövrü ilə müqayisədə ötən ilin noyabrında əhalinin nominal pul gəlirləri 1,6 milyard və ya 9% artaraq 19,8 milyard manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, gəlirlərin artım tempi 7,6% olub.



30.12.2009/ Sizə məktub var..
Pensiyaçılar ilin sonunda hesabları haqda Fonddan məlumat alacaqlar

Hər ilin sonunda pensiyaçılara Fond tərəfindən onların hesabında nə qədər vəsaitin yığıldığı haqda məktub göndəriləcəkdir. Artıq bu məktubların çap edilməsi üçün çap mərkəzi yaradılıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov açıqlama verib.


28.12.2009/ Pensiya fondunda bir aylıq ehtiyat yaradılır
2010-cu ildən Dövlət Sosial Müdafiə Fondunun büdcəsində bir aylıq pensiya təminatı məbləği qədər ehtiyatın yaradılması nəzərdə tutlub. “İqtisadi forum” jurnalının AzərTAc-a istinadən verdiyi məlumata görə, bu barədə Fondunun sədri Səlim Müslümov açıqlama verib.


28.12.2009/ Pensiyaçılar kartlarını birbaşa banklardan alacaqlar
2010-cu ildən pensiyaçılar təqaüd kartlarını birbaşa banklardan alacaqlar. “İqtisadi forum” jurnalının AzərTAc-a istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.


17.12.2009/ Özəlləşdirilib yoxa çıxan kinoteatrlarımız
Dövlət kinoteatrlarına hər gün 7 tamaşaçı gəlir

2007-2008-ci illərdə ölkə üzrə ümumilikdə 52 kinoteatr özəlləşdirilsə də hazırda onlardan yalnız 1-i fəaliyyət göstərir. “İqtisadi forum” jurnalının Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, 2007-ci ildə 37, növbəti ildə isə 15 kinoteatr özəl mülkiyyətə verilib.



11.12.2009/ Günd?lik yem?y? adamba??na 2 man 50 q?pik x?rcl?yirik
Son 11 ayda ?halinin adamba??na dü??n günd?lik istehlak x?rcl?ri orta hesabla 3 manat 90 q?pik t??kil edib ki, bunun 2 manat 50 q?piyi ?rza?a, 1 manat 40 q?piyi is? qeyri-?rzaq mallar?na x?rcl?nib. “?qtisadi forum” jurnal?n?n Dövl?t Statistika Komit?sin? istinad?n verdiyi m?lumata gör?, bu x?rcl?r öt?n ilin müvafiq dövründ?n 8,6% çoxdur.


02.12.2009/ Noyabrda 200 nəfər ipoteka alıb
Kreditləşmə həcmi 8 milyon manat olub

Noyabr ayı ərzində 200-ə qədər ailə ipoteka krediti alıb. “İqtisadi forum” jurnalının Azərbaycan İpoteka Fonduna istinadən verdiyi məlumata görə, ipoteka kreditləşməsinin həcmi 8 milyon manat olub.



20.11.2009/ Ən az maaş dəmiryolu, ən çox isə hava nəqliyyatındadır
Nəqliyyat işçilərinin 83%-i dövlət sektorunda işləyir

2009-cu ilin 9 ayında ölkənin nəqliyyat müəssisələrində çalışan muzdlu işçilərin sayı 68,6 min nəfər təşkil edib.
“İqtisadi forum” jurnalının Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onların 82,7%-i dövlət, 17,3%-i isə özəl bölmədə çalışır.  


17.11.2009/ Pensiyaçıların sayı 9 ayda 1,4% artıb
Adambaşına ünvanlı sosial yardımın orta aylıq məbləği 23,43 manat olub

2009-cu ilin oktyabrın 1-nə ölkədə qeydiyyatda olan pensiyaçıların sayı 1,4% artaraq 1298,9 min nəfərə çatıb. “İqtisadi forum” jurnalının Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, pensiyaçıların 65%-i yaşa, 24%-i əlilliyə, 11%-i isə ailə başçısının itirilməsinə görə pensiya alır.



20.10.2009/ Pensiya islahatı: ədalət nədə pozulur?
Milli Məclisin sosial siyasət komitəsinin oktyabrın 16-da keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə edilib. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə daxil olan layihədə yaşa görə əmək pensiyalarının təyin edilməsi şərtlərinin dəyişdirilməsi nəzərdə tutulur.


26.09.2009/ Rövşən Ağayev: “Dövlətin bir yolu var: çörəyin qiymətini tənzimlənən qiymətlər siyahisina salmaq”

Kənd təsərrüfatı naziri İsmət Abbasov taxılın qiymətinin aşağı düşdüyünü əsas gətirərək Azərbaycanda çörəyin qiymətini də endirməyi vacib sayıb. İqtisadçı ekspert Rövşən Ağayev isə hesab edir ki, ölkədə normal bazar iqtisadiyyatı prosesləri getsəydi, taxıl, un və çörək sənayesində inhisarçılıq, “oliqarx barmağı” olmasaydı, nə hansısa nazirin belə açıqlamasına ehtiyac yaranar, nə də bir sahibkarın iqtisadi proseslərə müdaxilə eləmək imkanı olardı.





© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV