Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Aqrar

08.06.2014/ Ərzaq təhlükəsizliyinin vəziyyəti regionlarda qiymətləndiriləcək
İTYİB region vətəndaş cəmiyyəti üzvləri üçün üçgünlük təlim keçirib
 
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi 05-07 iyun tarixlərində ölkənin regionlarını təmsil edən vətəndaş cəmiyyəti üzvləri üçün üçgünlük təlim keçirib. “Regionlarda ərzaq təhlükəsizliyi problemlərinin qiymətləndirilməsi və monitorinqi sahəsində vətəndaş cəmiyyətinin baracıqlarının artırılması” adlı təlimin keçirilməsində məqsəd  region QHT-lərinin və mətbuatının diqqətini ərzaq təhlükəsizliyi problemlərinə yönəltmək, problemin qiymətləndirilməsi və monitorinqi sahəsində onların bilik və bacarıqlarını artırmaq olub.  
 


09.04.2014/ Fermerlər məhsul istehsalında müstəqil qərar verməlidir

"Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması: real imkanlar və yaxın dövrə baxış" mövzusunda Konfrans keçirilib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Oxfam GB ilə birgə aprelin 9-da Kempinsky otelində “Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması: real imkanlar və yaxın dövrə baxış” mövzusunda Konfrans keçirib. Konfransda millət vəkilləri, müvafiq dövlət qurumlarının təmsilçiləri, beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndələri, müstəqil ekspertlər iştirak ediblər.



16.12.2011/ Üzümçülüklə bağlı dövlət proqramı peşəkar işlənməyib
İqtisadçı-ekspert Rövşən Ağayev sənədin çatışmazlıqlarını şərh edir

Ölkə prezidentinin sərəncamı ilə Azərbaycanda üzümülüyün və şərabçılığın inkişafına dair dövlət proqramı təsdiq olunub. Bu sənəd ölkəmizdə aqrar sektorun inkişafı üçün nə vəd edir? “İqtisadi forum” jurnalına açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini Rövşən Ağayev təsdiqlənən dövlət proqramını şərh edib.



06.05.2011/ AQRAR SİYASƏTDƏ NƏ DƏYİŞMƏLİDİR?
AQRAR SİYASƏTDƏ NƏ DƏYİŞMƏLİDİR?

Prezident İlham Əliyev aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmlərdə islahatların yeni mərhələsinin həyata keçirilməsi təkliflərinin hazırlanması üçün xüsusi komissiya yaradıb. Komissiya iki ay ərzində konkret mexanizmlər hazırlamalıdır.


04.05.2011/ Aqrar sahədə nə dəyişməlidir?
Rövşən Ağayev: “Bir neçə qurum ixtisar olunmalı, Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətləri genişləndirilməlidir”
 
“Aqrar idarəçilikdə bir pərakəndəlik var. Hazırda Kənd Təsərrüfatı Nazirliyi ilə eyni anda bir neçə qurum aqrar sahədə fəaliyyət göstərir. Məsələn, Meliorasiya və Su Təsərrüfatı ASC, Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi kənd təsərrüfatına birbaşa və dolayısı ilə bağlı olan qurumlardır”. Bunu “Azadinform”a açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev deyib.


16.12.2010/ “Hökumət kooperativlərin yaradılmasına sehrli çubuq kimi baxırsa, səhvə yol verir”
Milli Məclisin aqrar siyasət komitəsinin iclasında “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi müzakirə olunub. Dekabrın 14-də keçirilən müzakirələrdə danışan komitə sədri Eldar İbrahimov deyib ki, əhalinin böyük bir hissəsi onlara verilən pay torpaqların əkib becərə bilmir və ya torpaqdan lazımi qazanc götürmür: “Vəziyyətdən çıxış yolu kooperativlər yaratmaqdadır. Birinin torpağı, digərinin texnikası, başqa birinin isə pulu olar və güclərini bir yerə toplayıb təsərrüfat yaradarlar, qazanc götürərlər”.




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV