Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


İşsizlik

02.05.2010/ İşsiz Avropa
“Köhnə dünya”da işsizlik səviyyəsi rekord həddə çatıb

Mart ayında Avrozonanın 16 ölkəsində və Avropa Birliyinin 27 ölkəsində ümumi işsizlik səviyyəsi iqtisadi aktiv əhalinin 10% və 9,6% həddində olub. “İqtisadi forum” jurnalının Eurostat agentliyinə istinadən verdiyi məlumata görə, işsizlərin sayı uyğun olaraq 15,8 milyon və 23,1 milyon nəfər təşkil edib.



18.04.2010/ Latviyada yaşayış minimumu 254 manatdır
2010-cu ilin mart ayında Latviyada yaşayış minimumu 164,14 lat (254 AZN) təşkil edib. “İqtisadi forum” jurnalının “LETA” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mərkəzi Statistika İdarəsi açıqlama verib.


24.02.2010/ Litvada pensiya yaşı 67-ə qaldırılır
Litva hökuməti sosial sistemdə aparacağı islahatlar çərçivəsində 2010-cu ildə pensiya yaşını artırmağa hazırlaşır. “İqtisadi forum” jurnalının "The Baltic Course" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Andrüs Kubilyus açıqlama verib.


22.02.2010/ Milyarderlərin uğurunun sirri
"Forbes" jurnalı planetin ən varlı adamlarının sirlərini açıqlayıb

Tanınmış Amerikan nəşri "Forbes" planetin ən varlı adamlarının uğurunun sirlərini müəyyənləşdirməyə çalışıb. Bunun üçün jurnal 10 milyarder, o cümlədən varidatı $100 milyondan çox qiymətləndirilən onlarla şəxs arasında sorğu aparıb.



22.02.2010/ ?n yüks?k öd?ni?li v?zif?l?r
“?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, m??hur Amerika d?rgisi “Fortune” 2010-cu ild? “dünyan?n 100 ?n yax?? ?irk?ti” reytinq c?dv?lin? dü??n firmalarda mövcud olan ?n yüks?k öd?ni?li v?zif?l?ri siyah?s?n? d?rc edib.


08.02.2010/ ABŞ-da yanvarda işsizlik azalıb
ABŞ-da işsizlik səviyyəsi dekabrla müqayisədə yanvar ayında 0,3% azalaraq 9,7% təşkil edib. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, işsizlik səviyyəsinin azalmasına baxmayaraq 2010-cu ilin ilk ayında ölkədə 20 min iş yeri ixtisar olunub.


04.02.2010/ Qazaxıstanda yaşayış minimumu $82-a yüksəlib
Qazaxıstanda 2010-cu ilin yanvar ayı üzrə yaşayış minimumunun həcmi artaraq 12141 tenqe ($82) təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Satistika Agentliyi açıqlama verib.


01.02.2010/ Gələcəyin 20 yeni peşəsi
20 ildən sonra dünyada hansı yeni peşələrin yaranacağı artıq indidən müəyyənləşib. “İqtisadi forum” jurnalının məlumatına görə, Fast Future şirkətinin ekspertləri növbəti iki onilliyinin 20 yeni peşəsini siyahısını tərtib edib.


30.01.2010/ İşləmək üçün dünyanın ən yaxşı şirkətləri
Forbes onların reytinq cədvəlini  tərtib edib

Forbes jurnalı 2010-cu il üzrə işləmək üçün dünyanın ən yaxşı şirkətlərin reytinqini tərtib edib. “İqtisadi forum” jurnalının məlumatına görə, 2009-cu illə müqayisədə işləmək üçün uğurlu olan şirkətlərinin cədvəlində gözlənilməz dəyişiklik olub.



28.01.2010/ Qazaxıstanda pensiyalar 30% artırılacaq
Hökumət əhalinin sosial cəhətdən həssas olan təbəqəsinin dəstəklənməsi tədbirlərini davam etdirəcək və 2011-ci ildə pensiyaları 30% artıracaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırılması naziri Baxıt Sultanov açıqlama verib.


27.01.2010/ Dünyada işsizlik rekord həddə çatıb
Son iki ildə 34 milyon nəfər işini itirib

2009-cu ildə dünya üzrə işsizlərin sayı rekord səviyyəyə qalxaraq 212 milyon nəfər təşkil edib. “İqtisadi forum” jurnalının Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Məşğulluq sferasında qlobal tendensiya" adlı illik məruzəsinə istinadən verdiyi məlumata görə, 2007-ci idən sonra bu göstərici 34 milyon nəfər artıb.


21.01.2010/ Avropa Birliyinin əhalisi yarımmilyardı ötüb
Avropa Birliyinin əhalisi artaraq 1 yanvar 2010-cu i tarixinə 501,26 milyon nəfər təşkil edib. “İqtisadi forum” jurnalının Fransanın Milli Statistika İnstitutuna istinadən verdiyi məlumata görə, bu göstərici bir il əvvəl 499,7 milyon nəfər olub.


19.01.2010/ BVF rəhbəri böhranın ikinci dalğasını gözləyir
Dünya iqtisadiyyatının stimullaşdırılmasının vaxtından əvvəl dayandırılması böhranın ikinci dalğasını şərtləndirə bilər. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, BVF-nin rəhbəri Dominik Stross-Kan bununla bağlı açıqlama verib.


18.01.2010/ Obamanın illik gəliri $600 mindir

“İqtisadi forum” jurnalının məlumatına görə, dünyanın ən varlı lideri Sinqapurun baş naziri Li Syan Lun hesab edilir. Onun illik gəliri əlavə ödənişlər də nəzərə alınmaqla 2-3 milyon dollar təşkil edir.



16.01.2010/ Qazaxıstanda işsizlik səviyyəsi 6,3%-ə yüksəlib
Qazaxıstanda 2009-cu ilin dördüncü rübündə işsizlik səviyyəsi 6,3% təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Statistika Agentliyi açıqlama verib.




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV