Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?



TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!
 
Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Böyük Britaniyanın “Oksfam” təşkilatının və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda Milli Strategiya və Kiçik Fermer Təsərrüfatı vasitəsilə Ərzaq Təhlükəsizliyinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində tədqiqat aparılması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədi.

Seçilmiş ekspertlərlə əməkdaşlıq çərçivəsində “Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri” adlı tədqiqatın işlənməsi nəzərdə tutulur.

Tədqiqat işinin nəticələrinin əsas auditoriyası layihənin işçi heyəti və tərəfdaşlardır. Belə ki, tədqiqat işinin nəticələri layihə çərçivəsində həyata keçirilən vəkillik işlərində əsas məlumat mənbələrindən biri olacaq. Eyni zamanda, nəticələr layihənin tərəfdaşlarının gələcək fəaliyyətlərini daha effektiv planlaşdırmağa köməklik göstərəcək. Bundan əlavə tədqiqat dövlət qurumlarına göndəriləcək və Oksfamın tədbirlərində təqdim olunacaq.

Tədqiqat nəticələri ərzaq təhlükəsizliyi və qidanlanma üzrə ölkə strategiyasının hazırlanmasında vəziyyətin təhlili baxımından mühüm əhəmiyyət daşıyır. Tədqiqatdan çıxan əsas nəticələr ölkənin ərzaq bolluğu və keyfiyyət standartlarına necə cavab verməsi haqqında ümumi baxışı formalaşdıracaq.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən  ibarətdir.

1. Təklif olunan tədqiqat sualları

1. Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə əsas ticarət tərəfdaşları hansı ölkələrdir və onlarla ticarət dövriyyəsinin həcmi nə qədərdir?

2. Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə hansı dərəcədə təsir edir?

3. Ərzaq Təhlükəsizliyi üçün strateji sayılan hansı məhsullar üzrə Azərbaycan idxaldan asılı vəziyyətdədir?

4. Azərbaycanın ticarət əlaqələrinə milli qanunvericiliyin təsiri

5. Azərbaycanın ərzaq təhlükəsizliyinə Dünya Ticarət Təşkilatı (DTT) və Avropa İttifaqının Dərin və Hərtərəfli Azad Ticarət Zonası perspektiv təsir imkanları və qonşu ölkələrlə müqayisəli təhlil


Təklif edilən tədqiqat metodları

Bu tədqiqat işinin üç əsas komponenti olacaq: 1) Azərbaycanda kənd təsərrüfatı məhsullarının idxal – ixracı sahəsində mövcud olan qanunvericiliyin təhlili; 2) Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxal-ixracı sahəsində əsas ticarət tərəfdaşları ilə ticarət dövriyyəsinin təhlili; 3) bu sahədə olan ikinci mənbənin  təhlili

Qanunvericiliyin təhlili – İdarəetmə

Azərbaycanda kənd təsərrüfatı məhsullarının idxal – ixracı sahəsində mövcud olan qanunvericiliyin ərzaq təhlükəsizliyinə təsiri təhlil ediləcək. Bu təhlilin əsas məqsədi qanunvericilikdə olan boşluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflər paketinin hazirlanmasıdır.

Ticarət dövriyyəsinin təhlili – Ərzaq Ticarəti və Dayanıqli Ərzaq

Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxal-ixracı sahəsində 10 əsas tərəfdaş ölkə ilə ticarət mübadiləsi təhlil ediləcək. Kənd təsərrüfatının ticarət dövriyyəsində üstünlük təşkil etdiyi ölkələrin Azərbaycanda ərzaq bolluğunda payı və ərzaq keyfiyyətinə təsiri öyrəniləcək. Ümumiliktə, bu hissədə ticarət dövriyyəsinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri araşdırılacaq, o cümlədən üstünlük və çətinliklər öyrəniləcək.

İkinci mənbə araşdırması – Müqayisəli Təhlillər və İqtisadi Əsaslandırmalar

Bu sahədə bu günədək həyata keçirilən tədqiqat işlərinin nəticələri təhlil ediləcək.

Nəticələrin təqdim edilməsi

İlkin hesabat

İlkin  hesabat tədqiqat işinin bütün fəaliyyətlərini və komponentlərinin ətraflı şəkildə əhatə etməlidir və  xüsusilədə aşağıdakılar ibarət olmalıdır:

- Tədqiqatın dizaynı, metodologiyası, və planı

Tədqiqatın iş qrafiki

Sənəd azərbaycan dilində yazılmalıdır

 

Yekun hesabat

Tədqiqat işi başa çatdıqdan sonra 1 ay ərzində yekun hesabat hazirlanıb İTYİB-yə təqdim edilməlidir.


Seçim zamanı tədqiqat sahəsində təcrübəsi olan, iqtisadiyyat və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış araşırmaçılara üstünlük veriləcək.


Müraciət üçün aşağıdakı sənədlər tələb olunur:

- Tədqiqat aparan şəxsin CVsi

Tədqiqat işinin metodologiyası haqqında 3 səhifəlik məktub

Tədqiqat işinin ətraflı büdcəsi

2 nəfərin rəyi və kontaktları

 
Qeyd: VÖEN-in olmasi şərtdir.

Tədqiqatın 2014-cü ilin iyul-avqust aylarında aparılması nəzərdə tutulacaq. Tədqiqatın həcmi və ödəniləcək məbləğlə bağlı qərar seçilmiş ekspertlərlə birgə müzakirələr əsasında veriləcək.

Maraqlananlar iyunun 25-dən gec olmayaraq CV-lərini sei@azeronline.com və ya samir_aliyev@yahoo.com elektron ünvana görə bilərlər.

Tarix: 13 Iyun 2014  |  Baxış sayı: 3432




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV