Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Rublun ucuzlaşması Azərbaycana nə vəd edir?
Şimaldan gələn soyuq hava axını Azərbaycana erkən qışla yanaşı iqtisadi narahatçılıqlar gətirməkdədir. Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiyanın sanksiyalardan dolayı düşdüyü iqtisadi böhran  bizim üçün də risklər yaradır. Böhran dərinləşdikcə onun neqativ təsiri daha qabarıq hiss etməyə başlayacayıq. Üstəgəl Qərbdən də mənfi siqnallar gəlməkdədir. Dünya bazarında dövlət büdcəsinin əsas donoru olan neftin ucuzlaşması və bu ucuzlaşmanın yaxın dövrdə davam etməsi proqnozları ölkə iqtisadiyyatı üçün çətin dövrün başlanacağını vəd edir.

Rusiya hakimiyyəti nə qədər gizlətməyə çalışsa da sanksiyaların ölkə iqtisadiyyatının tənəzzülə getdiyi göz qabağındadır.  Qısaca olaraq onu qeyd etməliyik ki, milyardlarla dollar həcmində kapital ölkədən çıxarılır. Kreditlər bahalaşır, vergi dərəcələri artırılır və hətta yenisi tətbiq edilir, səhmlər ucuzlaşır. Xarici kapital son 10 ildə ən aşağı həddə düşüb.

Rusiyanın beynəlxalq ehtiyatları son 2 həftədə 3,6 milyard dollar azalaraq $458,3 milyardan $454,7 milyarda düşüb. Fitch ekspertlərinin proqnozlarına görə, sanksiya davam edəcəyi təqdirdə ehtiyatlar ilin sonuna $450 milyarda, 2015-ci ilin sonuna isə $400 milyarda düşə bilər.

Problemlər bununla bitmir. Maliyyə Nazirliyniin hesablamalarına görə, neftin qiymətinin $110-dan $93-ə düşməsi nəticəsində ixracın ildə $55 milyard azalmasına gətirib çıxaracaq. Ölkədə inflyasiya təzyiqi artır. İnflyasiya İqtisadi İnkişaf Nazirliyinin hətta son dəfə artıraraq proqnozlaşdırdığı 7,4%-lik səviyyəni ötərək 8%-ə çatıb.

Bu azmış kimi Rusiyanın Avropaya təsir rıçaqlarından biri, ildə 63 milyard kubmetr qaz ixrac etməyə imkan verən “Cənub axını” qaz kəmərinin dəyəri ümumilikdə  təxminən 45% artaraq 28 milyard avrodan 40 milyard avroya yüksəldiyi məlum olub.

İqtisadiyyatda müşahidə edilən neqativ tendensiyalar milli valyutanın dəyərində özünü göstərir. Rublun ABŞ dollarına məzənnəsi təkcə 2014-cü ildə 20%-dən çox ucuzlaşaraq 40 rubla düşüb. Təkcə sentyabrda ucuzlaşma 7,5% olub. Mərkəzi Bank iyun ayından sonra bazara müdaxilə etməməyə üstünlük versə də oktyabrın əvvəli müdaxilə etmək məcburiyyətində qalıb. Mərkəzi Bank valyuta dəhlizinin sərhədlərini yenidən artıqmaq məcburiyyətində qalıb. Hazırda bu hədlər 35,85-44,85 rubl təşkil edir. Bloombergin hesablamalarına görə, Rusiya Bankı oktyabrın 2-dən sonra rublun dəstəklənməsi üçün bazarda 2 milyard dollar satmalı olub. Bu, mart ayından sonra ən böyük göstəricidir.

Bu gün dövri mətbuatı Rusiyaya münasibətdə əsasən bir məsələ düşündürür: rublun ucuzlaşması Azərbaycana mənfi təsiri varmı? Rəylər müxtəlifdir. Bunun mənfi təsir etdiyi deyənlərlə yanaşı bu təsirin olmadığını iddia edənlər də var.

Onu qeyd edim ki, ticarət tərəfdaşı olan ölkənin milli valyutasının məzənnəsində dəyişiklik mütləq öz təsirini göstərir. Xüsusən də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyada milli valyutanın ucuzlaşması ölkəmizə təsiri nəzərəçarpacaq dərəcədədir. Nəzərə alandakı Rusiya soydaşlarımız üçün “iş yeridir” bu halda təsirin əhatə dairəsinin nə qədər geniş olduğunu görmək olar.  Ancaq qonşu olmasına rəğmən ticarət əlaqələri olmayan Ermənistanın milli valyutasının dəyişməsinin Azərbaycana təsiri olmadığı fikrini söyləyə bilərik. Qalan ölkələr isə bu və ya digər formada təsir göstərir. Ona görə də bu ölkədə baş verən iqtisadi hadisələrin bizə təsirinin olması labüddür. Bəs, bu zərər nədən ibarətdir?

Əvvəla, rus rublunun dəyərsizləşməsi Rusiyaya işləməyə getmiş 2 milyona qədər soydaşımızın gəlirlərinin azalmasında göstərir. Rublun il ərzindən 20%-dən çox ucuzlaşması onların qazanclarının azalmasına səbəb olub. Hər il soydaşlarımız tərəfindən ölkəyə rəsmi və qeyri-rəsmi şəkildə böyük həcmdə pul göndərilir. Təkcə 2013-cü ildə banklar vasitəsilə $1,2 milyard həcmində pul göndərilib. Bankdankənar pul göndərişlərini də nəzərə alsaq bu rəqəmin artdığını görə bilərik. Bu pullar təbii ki rubla qazanılır və Azərbaycana köçürüləndə ya xarici valyutaya (dollar və ya avro), ya da manata çevrilir. Bu zaman məzənnə fərqi itkiləri üzə çıxar. Əgər yanvar ayında hər 1000 rubl üçün 23 manat verilirdisə, hazırda bu rəğəm 19 manata düşüb. Deməli, ilin əvvəli ilə müqayisədə miqrantlarımız hər 1000 rubla 4 manat itirir. Sanksiyalar nəticəsində biznesin pisləşməsi də miqrantlarımızın qazancı üçün riskdir.

İkinci zərər Neft Fondunun Rusiyadakı aktivlərində yaranır. Fond 2011-ci ildə investisiya siyasətinə edilmiş dəyişikliyə uyğun olaraq 2012-ci ildən başlayaraq rus rublunu alaraq valyuta ehtiyatına daxil edib. Hazırda Fondun ehtiyatlarında rublun payı 1,3%-dir. Eyni zamanda Fond Rusiyanın ikinci ən böyük bankı olan VTB bankının $500 milyonluq səhmlərini alıb. Banka tətbiq edilən sanksiya nəticəsində hər birinin nominal dəyəri 0,041 rubl olan səhmləri ucuzlaşaraq 0,038 rubla düşüb. Həm VTB bankın səhmlərinin ucuzlaşması, həmdə rublda olan aktivlərin dəyərsizləşməsi Neft Fondunun Rusiyadakı aktivlərinin “əriməsinə” gətirib çıxarıb.

Üçüncüsü, rublun ucuzlaşması Azərbaycanın ixrac potensialını zəiflədir. Milli valyutamız məzənnəsi dollara hədəflənib və dolların digər valyutalara qarşı mövqeyi manatın mövqeyini şərtləndirir. Yəni dollar rubla nəzərən bahalaşdıqca manat da həmin valyutaya qarşı bahalaşır. Nəticədə Rusiya bazarlarına ixrac etdiyimiz məhsullar bahalaşır ki, bu onların rəqabət qabiliyyətliliyini aşağı salır.  Rusiya ilə ticarət dövriyyəmiz ötən il $2,6 milyard olub ki, bunun da 1,5 milyardı idxalın payına düşür. 2014-cü ilin 8 ayında bu ölkə ilə ticarət dövriyyəsində gerilmə müşahidə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin 8 ayında idxal 22% azaldığı halda ixracın azalması 42%-ə çatıb. Hətta kənd təsərrüfatı məhsullarının Rusiyaya daşınmasına “yaşıl işıq” yandırılması ixracın kəskin azalmasına mane olmayıb. İdxaldakı azalma isə qonşularımızın ərzaq məhsullarını əsasən öz daxili təlabatına yönəltməsi ilə bağlıdır. Rubl ucuzlaşdıqca bu ölkəyə ixracımızda problem yaranacaq. İstisna deyil ki, tezliklə Rusiya bazarları Türkiyə, İran və digər Asiya ölkələrinin meyvə və tərəvəz məhsulları ilə dolacaq və fermerlərimiz üçün həmin bazarda mövqeyini saxlamaq çətin olacaq. Ümid bizim məhsulların “sadiq” alıcılarına qalacaq. Manatın möhkəmlənməsi digər qonşu ölkələrlə də (məsələn, İran) ticarət dövriyəsində mənfi saldonun həcmini artırır.

Dördüncüsü, rublun dəyərdən düşməsi Rusiyada həmçinin ərzaq inflyasiyasını gücləndirir. Məsələn, təkcə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında ərzaq inflyasiyası 11.5% təşkil edib. Bunun nəticəsində isə manatın möhkəmlənməsinə rəğmən Rusiyadan Azərbaycana ərzaq inflyasiyası idxal edilir. Nəzərə alaq ki, Azərbaycanın ərzaq idxalında Rusiya ciddi paya malikdir .

Dünya bazarında neft artıq 90 dollarlıq psixoloji həddi keçərək ucuzlaşıb. Bu neftdən asılı olan və sanksiyaların məngənəsində boğulan Rusiyanın federal büdcəsi üçün təhlükədir. Müxtəlif hesablamalara görə, neftin barelinin 10 dollar ucuzlaşması büdcə gəlirlərinin 600-1500 milyard rubl azalması deməkdir. Ekspertlərin digər hesablamalarına görə, dolların 1 rubl bahalaşması büdcəyə əlavə olaraq 150-180 milyard rubl gəlir gətirir. Deməli, rublun devalvasiyası gündəmdədir və hökumət bunu istisna etmir. Təbii ki devalvasiyanın Rusiya üçün mənfi təsirləri çox olacaq. Təəssüf ki bundan Azərbaycana pay düşəcək.  

 
 
Tarix: 12 Oktyabr 2014  |  Baxış sayı: 2369




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV