Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.
Doğrudur düyada pensiya yaşının artımı tendensiyası var. Məsələn, Almanuya və Danimarka 2016-cı ilin yanvarından hər iki cins üzrə 67 yaşa çatdrmağı planlayır. Bəzi Qərb ölkələri hətta 2020-ci ildən pensiya yaşını tədricən 70 yaşa yüksəltməyi düşür.
Konkret ölkədə pensiya yaşının səviyyəsi 2 amildən asılıdı:
Birinicisi, demoqrafik amil - yəni insanlar nə dərəcədə uzunömrülüdü, onlar pensiayaya çıxdıqdan sonra daha çox yaşayırlar. Pensiyaya çıxdıqdan sonra insanların orta yaşam müddəti üzrə dünyada qəbul edilmiş zaman 12 ildir (144 ay). Yəni hansısa yaşda pensiyaya çıxan insanların əhəmiyyətli hissəsi bu qədər yaşaya bilməlidi. Məsələn, BMT-nin hesablamalarına görə Azərbaycanda doğulanda gözlənilənn orta ömür uzunluğu göstəricisi 70 yaş ətrafındadı. Norveç, İsveç, Almaniya, Yaponiya kimi ölklərdə isə həmin göstərici 80-83 yaş intervslında dəyişir. Yəni, bizim anoloji göstricidən orta hesabla 15 faiz yüksək. Amma bizim hazırkı pensiya yaşımızın səviyyəsi həmin ölkələrin pensiyaya çıxma yaşından 7-8 faiz aşağıdı. Başqa sözlə, orta ömür müddətləri arasındakı fərq pensiya yaşları arasında da fərqin olmasını zəruri edir.
Başqa maraqlı bir fakt: inkişaf etmiş ölkələrdə insanların 65-70 faizi 70 yaşdan, ən azı 50 faizi isə 75 yaşdan sonra ölür. Bu isə o deməkdir ki, ən azı 2 pensiayçıdan biri beynəlxalq standart kimi qəbul edilmiş "pensiyaçıların orta yaşama müddəti" göstəricisinə uyğun tam yaşayır və dövlətdən pensiyasını alır. Bəs bizdə vəziyyət necədir? Rəsmi statistik məlumatların araşdırlması göstərir ki, bizdə müəyyən yaş qrupuna çatmış insanların ən yaxşı halda 50 faizi 70 yaşa çataraq pensiya alır - onların ya xaricə miqrasiya, ya da ölüm səbəbindən ən yaxşı halda hər 2 nəfərindən biri 70 yaşını tamamlaya bilmiş ahıl insan kimi hökumətin Pensiya Fondunun vəsaitini alır. İnanmayanlar və ya mübahisə etmək niyyətində olanlar üçün rəsmi rəqəm: hazırda 65-69 yaş qrupunda olan vətəndaşlarımız 1946-1950-ci ildə doğulan şəxslərdir. DSK-nın məlumatına görə, həmin illərdə ölkəmizdə 395 min nəfər doğulub. Hazırda isə 65-69 yaş qrupuna aid cəmi 190 min nəfər, yəni bu yaş qrupu üzrə bütün doğulanların cəmi 48 faizi qədər əhali var. Bir daha vurğulayıram pensiya siyasətində yaş amilinin müəyyən edilməsi üçün önəmli olan səbəbindən asılı olmayaraq (miqrasiya və ya ölüm) hansısa yaşda doğulan insanların neçə faizinin həmin 12 illik müddətdə dövlətdən pensiya almasıdı.
Uzunömürlülük səbəbindən inkişaf etmiş ölkələrdə 65 yaşından yuxarı əhalninin sayı həddən artıq çoxdur və hökumətlər üçün pensiya yaşının artırılması qaçılmazdır. Məsələn, İsveçin əhalisi Azərbaycan qədərdir - 9.6 milyon nəfər. Amma İsveçdə 65 yaşdan yuxarı 1.9 milyon nəfər, Azərbaycnda isə cəmi 500 min nəfər ahıl vətəndaş var. Eyni əhali sayına malik ölkədə milli hökumətlərin pensiya verdi ahıl insanların sayı arasın 4 dəfə fərq var. Üstəlik, İsveçdə orta pensiyanın məbləği bizdən azı 10 dəfə çoxdur.
Ümumiyyətlə, hazırda Qərb ölkələrində əhalinin hər 5-6 nəfərindən biri 65 və yuxarı yaşda insanlarddır. Azərbaycanda isə təxminən əhalinin 18 nəfərindən birini 65 və yuxarı yaşda insanlar təşkil edir. Fərqin nə qədər böyük olduğunu görürsünüzmü? Əslində bu sadəcə demoqrafik fərq deyil - həm də pensiya sistemlərinin maliyyə yükü arasındakı fərqi ifadə edir. Kobud desək, bizim sistemin yükü 1 tondu, Qərb pensiya sisteminin yükü 20 ton.
İkincisi, sosial-demoqrafik amilidir. Bu amilin özünə də 2 mühüm faktor təsir edir:
1) Pensiya fondunun maliyyə potensialının dayanıqlılığı. Bu Fondun maliyyə mənbələrinin nə dərəcədə diversifikasiya olunmasından, dövlət transfertləridən asılılıq səviyyəsindən asılıdı.
Reallıq budur ki, Azərbaycan Dpvlət Sosial Müdafiə Fondunun az qala yarısı 1 mənbədən - dövlət sektorundan asılıdır. Bura həm təsərrüfathesablı dövlət müəssisələrinin, həm büdcə təşkilatlarının məcburi ayırmaları, həm də dpvlət büdcəsindən Fonda transfertlər aiddir. Özəl sektor Fondun maliyyə resurslarının ən yaxşı halda yarısını formalaşdırır. Halbuki pensiya hüququ qazanan insanların təxminən 80 faizi özəl sektorundan, cəmi 20 faizi dövlət sektorundan təqaüdə çıxır. Xüsuslə də regionların Fondun maliyyə potensialının formalaşamasına töhfəsi olduqca kiçikdir.
2) Fakitiki sosial ayırma edənlərin pensiyaçılara nisbəti. Hazırda Azərbaycanda az qala 1 nəfər məcburi sosial ayırma ödəyicisinə 1 nəfər pensiyaçı düşür. Halbuki ayrı-ayrı inkişaf etmiş ölkələrdə bu göstərici 3-4 intervalında dəyişir. Əsas səbəb Azərbaycanda gizli məşğullunu səviyyəsinin yüksək olmasıdır. Məsələn, bizdə məşğul əhalinin cəmi 33-34 faizi əmək müqaviləsi əsasında çalışır, az qala 50-55 faiz işçi qüvvəsi isə "özünəməşğul" əhali statusu ilə qeydiyyatsız çalşır. Amma, məsələn Qərb ölkələrində məşğul əhalinin cəmi 85-90 faizi əmək müqaviləsi əsasında çalışır, cəmi 10-15 faizi işçi qüvvəsi isə "özünəməşğul" əhali statusuna malik olur - hətta bu kateqoriyanın da müəyyən hissəsi qeydiyyatdan yayına bilmir.
Çox güman ki, Azərbaycan hökumətini pensiya yaşını artırmaq barədə araşdırmalara sonuncu amil - sosial-iqtisadi faktor məcbur edir. amma istənilən halda hökumət yuxarıda sadalanan müqayisəli demoqrafik faktların gözardı edilməsi peşəkar yanaşma olmazdı.
|