Dövlət büdcəsi hökumətin iqtisadi siyasətinin güzgüsü hesab olunur. Bu baxımdan 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsinin təhlili hökumətin gələn il üçün müəyyən etdiyi və həyata keçirməyə hazırlaşdığı iqtisadi siyasəti qiymətləndirməyə imkan verir. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri 2016-cı ilin təsdiq edilmiş dövlət büdcəsi ilə bağlı zəruri araşdırma və təhlil işləri aparmaqla bu rəyi hazırlayıblar.
Rəydə növbəti ildə büdcə gəlirlərinin və xərclərinin formalaşmasında müşahidə olunan əsas meyllər müəyyən edilib, habelə gələn il həyata keçiriləcək büdcə siyasətinin iqtisadi proseslərə təsiri qiymətləndirilib.
Rəy dövlət maliyyə siyasətində və büdcə müzakirələrində ictimai iştirakçılığı genişləndirmək, büdcə siyasətinin hazırlanması və həyata keçirilməsinə vətəndaş cəmiyyətinin töhfəsini artırmaq və 2016-cı ilin dövlət büdcəsini geniş ictimaiyyətə izah etmək məqsədiylə işlənilib. Sənədin mətbuatda dərc edilməsi, habelə hökumətin müvafiq qurumlarına göndərilməsi nəzərdə tutulur.
Büdcə rəyi ilə bu linkdə tanış olmaq olar
|