İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi kənd ərazilərində məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi üzrə təklifləri
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi "Kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində problemlərin həlli ilə bağlı ictimai müzakirlərin və ictimai vəkilliyin təşkili" adlı layihə həyata keçirib. Layihə çərçivəsində kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində normativ-hüquqi bazanın mövcud durumu və bir neçə pilot ərazi (Mərkəzi Aran zonası - Bərdə və Tərtər rayonlarının kəndləri) timsalında real vəziyyət araşdırılıb, bu sahədə son illər əldə olunmuş nailiyyətlər və problemlər aşkarlanıb, mövzu üzrə bir sıra ölkələrin maraqlı təcrübələri öyrənilib, habelə sahənin mütəxəssisləri və ekspertləri ilə dərinləşdirilmiş müsahibələr təşkil olunub.
Araşdırmanın nəticəsi olaraq İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi kənd ərazilərində məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayıb.