Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Yunanıstan avro üçün yalnız ilk sınaqdır
Avronun banilərindən olan Otmar İssinq vahid valyutanın əsaslandığı prinsipləri çox düzgün qeyd edib. Avro siyasi yox, monetar alət kimi düşünülüb və yaradılıb. Birliyin üzvü olan ölkələr vahid mərkəzi bank yaradıblar, ancaq bu vahid hakimiyyət orqanına öz vətəndaşlarından vergi qoymaq hüququ verməyiblər. Bu prinsip Maastrix razılaşmasında nəzərdə tutulub və o vaxtdan Almaniyanın Konstitusiya Məhkəməsinin tərəfindən aktiv interpretasiya olunur.

Avro unikal və qeyri-adi əsərdir və indi onun həyat qabiliyyətinin davamlılığı ciddi sınaq qarşısındadır. Onda ciddi və aydın qüsur mövcuddur. Mükəmməl valyuta üçün təkcə mərkəzi bank yox, eyni zamanda xəzinədarlıq (maliyyə nazirliyi) tələb olunur. Belə xəzinədarlıq daim vətəndaşların vergiyə cəlb edilməsi ilə məşğul olmasa da, zərurət olduqda, məsələn böhran dövründə bu imkandan yararlana bilər. Maliyyə sistemi çökmə astanasında olanda mərkəzi bank onun likvidliyini təmin etməyə qadirdir, ancaq ödəmə qabiliyyəti problemini yalnız xəzinədarlıq çözə bilər. Bu, hamıya məlum olan faktdır, avronun yaranmasında iştirak edənlərin bunu bilməməsi ehtimalı çox azdır. İssinq etiraf edir ki, o, hakimiyyətin siyasi qolu olmadan monetar birliyin yaradılması ideyasını arabanı atdan qabağa qoymaq cəhdi kimi qiymətləndirənlərdən olub. 

Deməli, arabanı atdan irəli qoydular və bu formada Avropa Birliyi yaradılıb. Məhdud, ancaq siyasi cəhətdən tam nail oluna bilən məqsəd və qrafiklər ortaya çıxıb, amma hamı gözəl bilir ki, bunlar kifayət etməyəcək, yeni addımlara və yeni fəaliyyətlərə ehtiyac olacaq.  Bir sıra səbəblərdən proses tədricən səngiyib. İndiki mərhələdə Avropa Birliyinin inkişafı donub. Bu avroya da aiddir. Birlik üzvlərini öz bank sistemlərini xilas etməyə sövq etmiş 2008-ci il böhranı onun strukturundakı nöqsanı və qüsurü üzə çıxarıb. Yunanıstanın borc böhranı ən çox diqqəti çəkən hadisədir. Avropa Birliyinin üzvləri letargiya yuxusundan ayıla bilməsələr və hadisələr inkişaf etməkdə davam edərsə, avronu təhlükə gözləyir. Əvvəldən, vahid valyutanın yaradılması zamanı elan edilmişdi ki, Birliyin üzvləri Maastrix razılaşmasının tələblərindən irəli gələn məhdudiyyətlərə riayət edəcəklər. Ancaq Yunanıstanın hökuməti bu məhdudiyyətlərdə bağışlanılmaz xətalara yol verib. Ötən ilin oktyabrında seçilmiş Georq Papandreunun hökuməti açıqladı ki, 2009-cu ilin büdcə kəsiri 12,7% olub və bununla da nəinki bazarları, hətta Avropa hakimiyyətini də dərin şoka saldı.


Avropa hakimiyyətini ilk addımda 4% olmaqla kəsirin tədricən azaldılması planı qane edir. Ancaq bazar üçün bu kifayət deyil. Yunanıstanın dövlət istiqrazları üzrə riskin gəliri hələ də 3% həddindədir və bu, ölkəni Avrozonada iştirak üçün əsas üstünlüklərindən məhrum edir. Əgər vəziyyət dəyişməsə, nə etməyindən asılı olmayaraq Yunanıstan özünü borc bataqlığından çıxara bilməyəcək. Büdcənin ixtisarının davam etdirilməsi iqtisadi aktivliyi daha da boğacaq, bu isə vergi daxilolmalarının ixtisarını və borcun ÜDM-ə payının pisləşməsini şərtləndirəcək. Beləliklə, risk üzrə gəlirlər kənardan yarım olmadan əvvəlki səviyyəyə qayıda bilməyəcək.

Avrozona ölkələrinin nazirləri sonuncu yığıncaqda vəziyyətin qəlizliyini anladılar və “Avrozonada ümumilikdə maliyyə sabitliyini dəstəkləməyə” məcbur oldular. Təəssüf ki, onlar hələ də öz öhdəliklərinin reallaşdırılması üçün mexanizm tapa bilməyiblər, çünki mövcud institusional razılaşma bu məqsədlərə cavab vermir. Halbuki Lissabon razılaşmasının 123-cü maddəsi zəruri hüquqi bazanı təmin edir.

Yunanıstanın vəd olunan göstəriciyə nail olacağı təqdirdə ödəyəcəyi borcun məsələn, 75%-nin maliyyələşdirilməsi üçün avroistiqrazların birgə buraxılması optimal qərar ola bilər. Afinanın üzərinə isə yerdə qalanları maliyyələşdirmək düşər.  Bu tip tədbirlər maliyyələşmənin dəyərini xeyli azaltmağa kömək edərdi və mahiyyət etibarilə BVF-nin kreditlərinin tranşla bölüşdürülməsinə uyğun gələrdi. Ancaq siyasi nöqteyi nəzərdən bu mümkün deyil. Çünki Almaniya uğursuz qonşusu üçün yem təknəsi olmağın qəti əleyhinədir. Bu baxımdan heç bir ağlabatan alternativ qalmır.

Papanderu hökuməti köhnənin səhvərini düzəltmək niyyətindədir, ona geniş ictimai dəstək göstərilir. Onun sələfləri sükan arxasında olanda ölkəni kütləvi etirazlar dalğası  bürümüşdü, ancaq indi xalq, sanki, onları büdcə problemlərindən qurtaracaq məhdudiyyətləri məmnuniyyətlə qəbul etməyə hazırdır - problemlər isə çoxdur. Beləliklə, Yunanıstana müvəqqəti yardım bəhs edərdi. Ancaq İspaniya, İtaliya, Portuqaliya və İrlandiya da qalır. Belə tədbirlərlə ötüşmək üçün birlikdə onlar çoxdur. Yunanıstanın xilası avronun xilasına zəmanət vermir. Bəs indiki böhranı dəf etdikdən sonra növbətisi ortaya çıxanda avro nə edəcək? Bir şey aydındır: müəyyən şəraitdə yardım ediləcəyi təqdirdə institusional razılaşmanın icrasına nəzarət və sərt monitorinq lazımdır. Eyni zamanda etibarlı və yaxşı təşkil edilmiş avroistiqraz bazarının yaradılması arzuolunandır. Məsələ ondadır ki, görəsən, Avropa bu addımların reallaşması üçün öz siyasi iradəsini cəmləşdirə biləcəkmi?


Corc Soros

Tarix: 23 Fevral 2010  |  Baxış sayı: 5084




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV