İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi "Postneft dövrünə hazırlıq və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi problemləri" mövzusunda konfrans keçirib
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi martın 27-də “Postneft dövrünə hazırlıq və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi problemləri” mövzusunda konfrans təşkil edib. Millət vəkilləri, dövlət qurumlarının təmsilçiləri, beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndələri, müstəqil ekspert və KİV təmsilçilərinin qatıldığı tədbirdə ölkənin neft gəlirlərinin iqtisadi artıma təsiri, ölkə iqtisadiyyatının neft gəlirlərindən asılılığının azaldılması, iqtisadi şaxələnmə siyasətinin həyata keçirilməsi vəziyyəti müzakirə edilib.