Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?




07.10.2013/ Azərbaycanda məşğul insanların yalnız 1/3-nin əmək müqaviləsi var

Oktyabr?n 2-d? AB? B?A-n?n maliyy? d?st?yi il? h?yata keçiril?n “Az?rbaycanda kiçik sahibkarl???n inki?af?na d?st?k” layih?si ç?rçiv?sind? ?qtisadi T???bbüsl?r? Yard?m (?TY) ?ctimai Birliyi t?r?find?n “Az?rbaycanda ?m?k müqavil?l?rinin t?tbiqi probleml?ri v? h?lli yollar?” mövzusunda d?yirmi masa  müzakir?l?ri t??kil edib. Müzakir?d? dövl?t qurumlar?n?n, v? beyn?lxalq t??kilatlar?n t?msilçil?ri, deputatlar, sahibkarlar, müst?qil ekspertl?r v? yerli QHT-l?rin t?msilçil?ri i?tirak edirdi.



30.09.2013/ JEK-lərin alternativi yaradılacaq

“Dünya təcrübəsində mənzil təsərrüfatı əsasən kondominum adı ilə tanınan qurumlar tərəfindən idarə olunur. Azərbaycanda onların analoqu MMMC-lərdir. Bunun üçün əvvəlcə belə qurumlar yaradılmalı və onların iş təcrübəsi artırılmalıdır. Çünki gələcəkdə MMMC-lər MİS-ləri əvəzləyəcək.“. “İqtisadi forum” jurnalının məlumatına görə, Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev bu barədə açıqlama verib.



15.08.2013/ Manatın yeni tərtibatı haqda yalan məlumat maliyyə bazarına təsir edə bilərmi?

“Yeni dizaynda əsginasların dövriyyəyə buraxılacağı haqda yalan məlumatın məhz bu ay, yəni Azərbaycanda müstəqilliyin bərpasından sonra ilk milli pul nişanlarının dövriyyəyə buraxılmasının növbəti ildönümündə yayılmasını təsadüfi saymaq olmaz”. “İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadçı ekspert Samir Əliyev “Media forum” saytına açıqlamasında belə deyib.



15.08.2013/ Ekspert bank şöbələrinin filiala çevrilməsini dəyərləndirdi

Bank şöbələri son aylar azalır. Mərkəzi Bankın rəsmi məlumatına görə, şöbələrin sayı 2013-cü ilin birinci yarısında 15% azalaraq 134-ə düşüb. 2012-ci ilin sonunda onların sayı 158 olub.



04.08.2013/ Gəlir vergisi: hansı ölkədə nə qədərdir?

Avropa Birliyi ölkələri arasında gəlir vergisinin ən yüksək həddi İsveçdədədir. Bu ölkənin yüksəkgəlirli vətəndaşları 56,6% dərəcə ilə vergi verməli olur. Danimarka, Niderland, İspaniya, Avstriya, Bekçika və Böyük Britaniya vətəndaşları gəlirlərinin yarıdan çoxunu büdcəyə ödəyirlər.



25.07.2013/ Azərbaycanda dollar növbəti ucuzlaşma rekordunu vurdu

Manatın dollara nisbətən bahalaşması son iki gündə davam edib. “İqtisadi forum” jurnalının məlumatına görə, ABŞ valyutası Azərbaycanda son 172 ayda ən aşağı həddə düşüb.



19.07.2013/ Yeni əsginas təklifi gəldi
Samir Əliyev: "Mərkəzi Bank 2 manatlıq əsginasın dövriyyəyə buraxılması üzərində düşünməlidir"

“Mərkəzi Bank 1 manatlıq sikkələri buraxmaqla yanaşı 2 manatlıq əsginasın dövriyyəyə buraxılması üzərində düşünməlidir”. “İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə Mərkəzi Bankın 1 manatlıq sikkələrin buraxılması ideyasına münasibət bildirərkən deyib.


17.07.2013/ Ucuz kredit üçün ucuz əmanət lazımdır
Samir Əliyev: “Sığortalanan əmanətlərin faiz dərəcəsinin aşağı salınmalıdır”

“Mərkəzi Bank sığortalanan əmanətlərin faiz dərəcəsi aşağı salmaq və kompensasiya məbləğini artırmaq haqda fikirləşməlidir. Çünki əmanətlərin faiz dərəcələri ilə kreditlərin faiz dərəcələri arasında birbaşa asılılıq var. Əmanətlərin faiz dərəcəsinin aşağı düşməsi kreditləri də ucuzlaşdıra bilər”.  İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə “İqtisadi forum” jurnalına açıqlama verib.



25.06.2013/ Ekspert kreditlərlə bağlı rəsmi məlumatı şərh edir

Bu il mayın 1-nə olan vəziyyətə görə, Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) 1 665 903 borcalan və 599 475 zamin haqqında məlumat toplanıb. APA MKR-in yanvar-aprel aylarının nəticələri ilə bağlı açıqladığı hesabata əsaslanıb belə məlumat yayıb.



15.06.2013/ Sahibkarlara tətbiq edilən icazə və lisenziyaların sayı 300-dən çoxdur

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyu iyunun 14-də “Azərbaycanda sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması: problemlər və həlli yolları” mövzusunda dəyirmi masa müzakirələri keçirib. Dəyirmi masada dövlət orqanlarının və beynəlxalq təşkilatların təmsilçiləri, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edib.



11.06.2013/ Mərkəzi Bank banklara möhlət verəcək?
Samir Əliyev: “Düşünmürəm ki, zəif banklar dərhal bağlanacaq”

Mərkəzi Bankdan (MB) verilən daha bir açıqlama bank sektorunu yenidən gündəmə gətirib. MB sədri Elman Rüstəmov deyib ki, yeni normativ tələblərə qədər nizamnamə kapitalını yüksəldə bilmədiyi təqdirdə, bankların bank olmayan kredit təşkilatlarına (BOKT) çevrilməsi ilə bağlı hüquqi baza yaradılıb.


25.05.2013/ “Əksmərkəzləşmə ictimai vəsaitlərin şəffaf xərclənməsi imkanlarını artırır”

Son illər dünyada dövlət idarəetməsində gedən başlıca proseslərdən biri də əksmərkəzləşmədir. Ekspertlər hesab edirlər ki, fiskal səlahiyyətlərin aşağı idarəetmə pillələrinə ötürülməsi yerli ictimai xidmətlərin effektivliyini artırır. “Media forum”a müsahibəsində iqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda bu sahədəki vəziyyət barədə danışıb.



08.05.2013/ M?rk?zi Bank statistik m?lumatlar? gizl?dir
M?rk?zi Bank uzun müdd?t normal i?l?y?n t?k-tük dövl?t qurumlardan biri olub. Vaxtl?-vaxt?nda statistik m?lumatlar? yerl??dirib, m?tbuata aç?q olub. ?ndi t??ssüf ki, bunun ?ksini görürük. Bank m?tbuat?n üzün? qap?lar?n?n ba?lay?b, n? sor?ulara cavab verir, n? TV kanallar?n d?v?tin? raz?l?q verir. M?lumatlar? yayma?? is? 2013-cü ild?n saxlay?b. “?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, ?qtisadi T???bbüsl?r? Yard?m ?ctimai Birliyinin eksperti Samir ?liyev bu bar?d? aç?qlama verib.


24.04.2013/ Çoxmənzilli binaların idarə edilməsində iştirakçılıq problemləri

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Mənzil Mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin fəaliyyətinə dair tövsiyələr hazırlayıb

"Mənzil İstismar Sahələrinin ləğv edilməsi vaxtı çatıb və artıq mənzillərin idarə edilməsi mülkiyyətçilərin özlərinə həvalə edilməlidir". "İqtisadi forum" jurnalının məlumatına görə, bu barədə  İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin aprelin 24-də Beynəlxalq Mətbuat Mərkəzində  “Çoxmənzilli binaların idarə edilməsində iştirakçılıq: problemlər və tövsiyələr” mövzusunda keçirilən konfransda səslənib.



14.03.2013/ Bələdiyyələr “JEK“lərin işini görməyə hazırdırmı?
Tahir Rzayev: "Bəzi bələdiyyələr indi "JEK"lərin işlərini öz hesablarına həyata keçirirlər"

"Bələdiyyələrin fəaliyyətə başladığı vaxtdan etibarən fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində tikilmiş evlərin inventarlaşdırılması, ünvan verilməyən yaşayış massivlərinin ünvanlaşdırılması, vətəndaşların mənzillə təminatı, köhnə və qəzalı vəziyyətdə olan mənzillərdə yaşayanların köçürülməsi üçün Dövlət Proqramının hazırlanmasına ehtiyac var. Biz həm də təklif edirik ki, ölkədə mənzil-kommunal təsərrüfatı sistemində islahatlar aparılmalı, Mənzil-İstismar Sahələri ləğv edilərək onun səlahiyyətləri bələdiyyələrə verilməlidir. Çünki ötən il 363 müraciət kommunal xidmətlərlə bağlı olub. Kommunal xidmətlərin aşağı səviyyədə təşkili mövcud problemləri daha da mürəkkəbləşdirir".


<<  <  1 2 3 4 5  >  >>


© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV