Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?




28.02.2013/ Çoxmənzilli binaların idarə edilməsi dərdi

Mənzil Məcəlləsində nəzərdə tutulan idarəetmə formalarının heç biri işləmir

Bakıda yeni inşa edilən çoxmərtəbəli binaların birindən ev alan Fərhad dayı Mənzil Məcəlləsinin işləməməsindən narazılıq edir. Onun sözlərinə görə, 2009-cu ildə qüvvəyə minən yeni Məcəllə bina sakinlərinə mənzil mülkiyyətçilər müştərək cəmiyyəti (MMMC) yaratmağa imkan versə də, bunda nə sakinlər, nə də dövlət orqanları maraqlı deyillər: “Bir neçə sakin neçə aylardı digər sakinləri bir yerə toplayıb lazım olan sənədləri onlardan alıb MMMC-ni yarada bilmirik. Hamı deyir ki, başıma iş açmaqdan qorxuram. Deyəsən bundan əvvəl belə bir cəhd olub məsələ dövlət qurumlarında ilişib qalıb”.



26.02.2013/ Kredit bataqlığı

“Bataqlıq qorxunc yerdir, ora düşdün, xilas olmaq çətindir. Bir balaca ehtiyatsızlıq kifayətdir ki, səni yavaş-yavaş udsun. Hətta sənə kömək əli uzadanı da çəkib özünlə dibə aparırsan. Bu gün kredit götürən insanlar həmin bataqlığa düşmüş insana bənzəyir. Bu ölkədə kredit adlı böyük bir bataqlıq yaranıb və getdikcə də hamını ağuşuna alır. Ailələr dağılır, insanlar işini itirir, evləri əllərində çıxır. Proses bu sürətlə davam edərsə, insanlar ailəsini dolandırmaq üçün yox, bankların kreditini qaytar üçün işləyəcəklər. Bu, çox acınacaqlı vəziyyətdir. Buna görə də Milli Məclis və Mərkəzi Bankın timsalında hökumət təcili tədbirlər görməlidir. Əks halda arzuolunmaz halların baş verməsi qaçılmazdır”. “İqtisadi forum” jurnalinın məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə mətbuata açıqlamasında bildirib.



30.01.2013/ Azərbaycanda dolların ucuzlaşması yeni rekord vurdu
ABŞ valyutası son 14 ildə ən aşağı həddə düşüb

Manatın dollara nisbətən bahalaşması son iki gündə düşməkdə davam edib. “İqtisadi forum” jurnalının məlumatına görə, ABŞ valyutası Azərbaycanda son 14 ildə ən aşağı həddə düşüb.



28.01.2013/ Neft gəlirlərinin davamlı inkişafda rolu və iqtisadiyyatın diversifikasiyası

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi jurnalistlər üçün ikigünlük təlim-seminar keçirib

Yanvarın 26-27-də İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin təşkilatçılığı, Amerikanın Gəlirlərə Nəzarət İnstitutu və Açıq Cəmiyəət İnstitutu Yardım Fondunun dəstəyi ilə “Neft gəlirlərinin davamlı inkişafda rolu və iqtisadiyyatın diversifikasiyası” mövzusunda araşdırmaçı jurnalistlər üçün təlim-seminar keçirilib.



08.01.2013/ Donmuş mənzillər və dondurulmuş Məcəllə
Mənzil-kommunal sektorunda MİS dövrünün başa çatmasına nə mane olur?

“Havalar bir balaca soyuyan kimi canımıza üşütmə düşür. Hər il payız girəndən yaza kimi binamızın işığı, qazı tez-tez kəsilir. Düz yaya kimi idarələri qapı-qapı gəzirik ki, görək işığa, qaza ehtiyacın çox olduğu bir vaxtda niyə camaatı soyuqdan dondururlar? Qazı-işığı niyə normal vermirlər ki, bu camaat dolana bilsin? Hamısı da deyir ki, biz işığı-qazı normal veririk, problem binanızdadır, gedin “JEK”ə xəbər verin gəlib düzəltsinlər. Bizim işimiz “JEK”ə qaldısa, heç nə! Axı, fəaliyyəti olmayan bir idarədən nə gözləyəsən ki?! Elə ondandırsa, desinlər ki, gedin yıxılıb ölün də, daha niyə bizi qapı-qapı gəzdirirlər?!”



30.12.2012/ Neft pullarının daşınmaz əmlaka yatırılmasının səbəbi

Ekspertlər deyir ki, vətəndaş cəmiyyəti Neft Fondunun mülk ticarətini daim diqqətdə saxlamalıdır

Dövlət Neft Fondu daha bir bahalı mülk alıb. Fond Moskva şəhərində “Tverskaya 16” ünvanında yerləşən “Qalereya Aktyor”ofis-ticarət mərkəzini 133 milyon ABŞ dollarına əldə edib.


06.12.2012/ JEK-lərin topladıqları vergi ilə bağlı maraqlı məqamlar üzə çıxır
Yunus Quliyev: «JEK tərəfindən toplanan mənzil haqları isə mənzilin ümumi xərclərinə, yəni binanın təmiri, zibilin, məişət tullantılarının daşınması ilə bağlıdır»

Samir Əliyev: «Əmlak vergisi yerli vergi olduğu üçün bələdiyyələr tərəfindən yığmalıdır»

Azərbaycan qanunvericiliyinə əsasən əmlak vergiləri bələdiyələr tərəfindən yığılır. Əmlak vergisi ilə yanaşı Azərbaycanda Mənzil İstismar Sahələri (JEK) tərəfindən ev pullarının yığılması faktlarına da rast gəlinir.


05.12.2012/ Pensiya sistemində hansı islahatlar aparılmalıdır?
“2001-ci ildən bəri Azərbaycanda pensiya sahəsində iki mərhələdə islahat aparılıb. Bu islahatlar bir-birindən bəzi məqamlarına görə fərqlənib”.

Bunu “Azadinform”a ölkə başçısının pensiya təyinatı sistemində islahatlarla bağlı konsepsiya layihəsinin hazırlanması haqda sərəncamını şərh edərkən iqtisadçı-ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, hökumət islahatların birinci mərhələsində qarşıya qoyulan öhdəliklərə əməl edib.



03.12.2012/ “JEK”l?rin l??vin? n? mane olur?

Ekspert: “M?nzil ?stismar Sah?l?rinin öz?l m?nzil fonduna xidm?t göst?rm?si qanunsuzdur”

2009-cu ild?n qüvv?y? min?n “M?nzil m?c?ll?si”nin icras? il? ba?l? mü?yy?n probleml?r mövcuddur. Bel? ki, M?nzil ?stismar Sah?l?ririn f?aliyy?ti 1982-ci ild?n qüvv?y? minmi? v? ömrünü 2009-cu ild? ba?a vurmu? Az?rbaycan SSR? M?nzil M?c?ll?si il? t?nziml?nirdi.



27.11.2012/ Bakıda anti-sanitariya

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov, Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev və “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin eksperti Samir Əliyev “Media forum ”saytının qonağı olaraq “Bakı şəhərində məişət tullantıları və anti-sanitariya problemi” mövzusunda sualları cavablandırıblar.



25.11.2012/ Dövlət büdcəsindən bələdiyyələrə məqsədli maliyyə yardımlarının ayrılması: real vəziyyət və imkanlar
İTYİB regionda bələdiyyələrin su müəssisələrinin iştirakı ilə dəyirmi masa keçirib

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYİB) noyabrın 23-də Bərdə rayonunda “Dövlət büdcəsindən bələdiyyələrə məqsədli maliyyə yardımlarının ayrılması: real vəziyyət və imkanlar” mövzusunda dəyirmi masa keçirib. Tədbirin keçirilməsində məqsəd layihə çərçivəsində ərazisində içməli su şəbəkəsi qurulmuş bələdiyyələrin məqsədli maliyyə yardımı almaq imkanları araşdırmaq və mövcud problemləri müzakirə etmək olub.



24.11.2012/ Qanunun ləğv etdiyi MİS-lər...

Və yaxud mənzil-istismar sahələrinin saxlanmasında kimlər maraqlıdır?

Azərbaycanda 2009-cu ildən qüvvəyə minən yeni Mənzil Məcəlləsinin icrası ilə bağlı problemlər var. Parlamentin sonuncu iclaslarında da tənqid obyektinə çevrilən bu məsələ doğrudan da diqqətçəkəndir. 2009-cu ildə qüvvəyə minən yeni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi mənzil-istismar sahələrini (MİS) mənzil idarəçiliyi prosesindən hüquqi baxımdan kənarlaşdırsa da, el arasında “JEK” kimi tanınan bu qurumlar faktiki olaraq hələ də fəaliyyətdədir. Bu azmış kimi, MİS-lər bələdiyyələrin səlahiyyətlərinə də müdaxilə edirlər. Sanki gözəgörünməz bir qüvvə MİS-ləri himayə edir. Yeni Məcəlləyə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fondu isə mülkiyyətçilərinin yaratdıqları qurum və ya idarəedici təşkilat tərəfindən idarə olunur.



24.11.2012/ "Jek"lərin ümidinə qalan mənzillərimiz

Abbas Əliyev: "Əhali şəxsi mənzilinin idarə olunmasında məsuliyyəti öz üzərinə götürməyə psixoloji cəhətdən hazır deyil"

"Kondominium" sözünün mənasını yəqin ki, Azərbaycanda çox az adam bilir. Halbuki Rusiya, Özbəkistan, Qırğızıstan və bir sıra başqa keçmiş sovet respublikalarında kondominium anlayışı qanunlarda əks olunub. Kondominium "birgə mülkiyyət" deməkdir və özündə torpaq sahəsini və onun üzərində yerləşən tikilini (binanı) ehtiva edən vahid daşınmaz əmlak kompleksidir.


24.10.2012/ Mənzil fondu necə idarə olunur?

Ekspertlər bu sahədə idarəetmə mexanizmlərində ciddi problemlərin olduğunu bildirirlər

Statistikaya əsasən, hazırda respublikada adambaşına düşən yaşayış sahəsinin həcmi 17 kvadratmetrdir. Müstəqillik illərindən bugünədək isə Azərbaycanda mənzil fondunun 4 dəfə artdığı və bu rəqəmin 162 milyon kvadratmetrə çatdığı bildirilir? Bəs görəsən, Azərbaycanda mövcud mənzil fondunun idarə edilməsi hansı qurum tərəfindən və hansı qaydalar əsasında həyata keçirilir? Ümumiyyətlə, mənzil fondundan kimlərə ev ayrıla bilər? Mənzil fondundan ayrılan evlərdə məskunlaşan insanlar həmin yaşayış sahələrində mülkiyyət hüququna malik olurlarmı?


23.10.2012/ Sudan gələn... ağır yüklü xanım... ARAŞDIRMA

Kəndlərimizdə içməli suya əlçatanlıq standartlardan bəzən on dəfələrlə aşağıdır

Hər dəfə kəndə gedəndə yaşlı qadınların, hamilə gəlinlərin, azyaşlı uşaqların kənddən xeyli uzaqda yerləşən bulaqlardan su gətirdiyini görəndə əhvalım korlanır. Elmin, texnologiyanın inkişaf etdiyi bir dövrdə ağır qablarda bir neçə kilometrlik məsafədən içməli su daşımaq Azərbaycan kimi ölkələrin vətəndaşlarına yaraşmaz, desək, yəqin ki, razılaşarsınız. Lakin təəssüflər olsun ki, Azərbaycanın əksər rayonlarında və kəndlərində içməli su sisteminin idarəçiliyində və əhalinin içməli suya əlçatanlılığında hələ də kifayət qədər problemlər mövcuddur. Bu problemlər kənd yaşayış məntəqələrində özünü xüsusilə qabarıq şəkildə büruzə verir.



<<  <  1 2 3 4 5  >  >>


© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV