Samir Əliyev: “Azərbaycanda çox az bank var ki, onların xarici bazarlara çıxışı var və həmin banklar xarici banklardan ucuz resurs cəlb edə bilirlər”
Natiq Cəfərli: “Faizlərə yenidən baxılması ilə bağlı banklara dəfələrlə müraciətlər olsa da, onlar əks addım atdılar”
Müasir dövrdə kapitalizm cəmiyyətində insan həyatının ayrılmaz hissəsindən biri də kreditdir. Çünki gündəlik şəxsi tələbatı ödəmək və ya hər hansı biznesi qurmaq üçün mütləq əlavə vəsaitə ehtiyac var. Bütün bu tələbatları qarşılamaq üçün isə kredit təşkilatlarına, xüsusən də banklara müraciət edirik. Əslində aldığımız kreditlər qeyd etdiyimiz bu dar çərçivədən də kənara çıxa bilir. Məsələn, ölkədə iqtisadi aktivliyin artırılmasında, sahibkarlığın inkişafında, işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır.